Yazıda Cənubi Qafqazda, xüsusilə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması, uzun müddət həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin regionda təhlükəsizliyə ciddi təhdid olduğu diqqətə çatdırılır. Məqalədə, həmçinin Avropa Məhkəməsinin “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə azərbaycanlı məcburi köçkünlərin xeyrinə elan etdiyi qərar, cari ayın 13-də separatçı rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər”in keçiriləcəyi və bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı yer alıb.
Müəllif rəsmi Bakının mövqeyini diqqətə çatdıraraq qeyd edir ki, qondarma “Dağlıq Qarabağ respublikası”ndakı “seçkilər” Ermənistanın işğalçılıq siyasətini bir daha təsdiq edir və bu ölkənin münaqişənin sülh yolu ilə həllinə qeyri-konstruktiv yanaşdığını göstərir.
Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verilən yazıda qeyd olunur ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunulan məqalədə münaqişənin nizamlanması istiqamətində qurumun fəallığının müşahidə olunmadığı vurğulanır.
Baxış sayı: 2 588
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

