FACT-INFO.AZ » SİYASƏT » "Metsamor AES Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən yeganə stansiyadır"
27-04-2017, 09:15 | SİYASƏT
"Metsamor AES Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən yeganə stansiyadır"

26 aprel 1986-cı ildə baş vermiş Çernobıl nüvə fəlakəti insanlıq tarixində ən dəhşətli fəlakətlərdən biridir. Çernobıl qəzasından 30 ildən artıq müddətin keçməsinə baxmayaraq, onun doğurduğu radioaktiv, humanitar, ekoloji, sosial-iqtisadi fəsadlar hələ də qalmaqdadır.
 APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Çernobıl Fəlakətinin Anım Günü (International Chernobil Disaster Remembrance Day) ilə əlaqədar açıqlamasında deyib.
 O bildirib ki, fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycandan 7000 nəfərdən artıq insan iştirak edib:
 “Çernobil qəzası baş verən dövrdə Azərbaycan qəzadan bilavasitə əziyyət çəkən 7000-dən artıq şəxsin müvəqqəti olaraq ölkə ərazisində yerləşdirilməsi, təminatı, reabilitasiyası və müalicəsini təşkil edib.
Hazırda Azərbaycanda 5000 nəfərə yaxın Çernobıl əlili var. Ötən müddət ərzində 2000 nəfərdən artıq Çernobil əlili vəfat edib. Dəhşətlisi odur ki, hətta Çernobil əlillərinin övladları da əksər hallarda radioaktiv şüalanmanın fəsadları və nəticələrindən əziyyət çəkirlər. Azərbaycan Respublikası hökuməti yürütdüyü sosial xarakterli siyasət əsasında Çernobıl əlillərinə daim qayğı göstərir və onların sosial problemləri aradan qaldırır. Çernobıl Fəlakətinin Anım Günü münasibətilə bu faciədən bilavasitə əziyyət çəkmiş Belarus, Ukrayna və Rusiya ilə həmrəyliyimizi bildirərək, beynəlxalq ictimaiyyətin diqqətini Çernobıl AES-in texnologiyasına əsasən 1976-cı ildə tikilmiş Ermənistan ərazisindəki Metsamor Atom Elektrik Stansiyasının (AES) doğurduğu təhlükəyə cəlb etmək istərdik. 
Metsamor AES bu gün Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən yeganə stansiyadır. 
Tikildiyi dövrdən etibarən stansiyada ciddi və köklü təmir işləri aparılmayıb. Metsamor AES xüsusi fəallığı ilə seçilən aktiv seysmik zonada yerləşir. Ermənistanın bu AES-i texniki təhlükəsizlik tələblərinə uyğun olaraq saxlamaq və istismar etmək üçün maddi resursları çatışmır, tələb olunan ehtiyat hissələr vaxtında dəyişdirilmir. Stansiyanın istismarının tələblərə uyğun təmin edilməsi üçün Ermənistanda kadr potensialı çatışmır və SSRİ dövründə təlim görmüş mütəxəssislərin əksəriyyəti ölkəndən miqrasiya ediblər. 11 sentyabr hadisələrindən sonra təyyarələrin bu və ya digər səbəbdən AES-lərlə toqquşması zamanı yeni təhlükəsizlik standartları tətbiq edilsə də, Metsamorun bu tələblərə cavab verməsi ciddi sual altındadır.  
Bundan əlavə, Metsamorun fiziki mühafizəsi lazımı qaydada təşkil olunmur. Metsamor stansiyası nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün baza rolunu oynayır və dəfələrlə digər ölkələrin ərazisində Metsamordan çıxarılmış radioaktiv maddələr saxlanılıb. Texnologiyanın köhnə olması və stansiyanın fəaliyyətində texniki təhlükəsizlik qaydalarına lazımınca riayət olunmaması Ermənistan və region üçün ciddi ətraf mühit problemləri yaradır, su hövzələrini və transregional çayları radioaktiv çirklənməyə məruz qoyur. Həmçinin stansiyanın fəaliyyəti qeyri-şəffaf xarakter daşıyır və orada davamlı şəkildə baş verən texniki nasazlıqlar və qəzalar haqqında ictimaiyyətə məlumat verilmir. “National Geographic” tərəfindən Metsamor mövcud AES-lər arasında ən təhlükəli AES kimi qiymətləndirilib”.
 H. Hacıyevin sözlərinə görə, bu kimi köklü və ciddi problemlərin olduğu halda, Ermənistanın mənəvi və texniki baxımdan öz resurslarını tükətmiş Metsamor atom elektrik stansiyasının istismarını davam etdirməsi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətsiz davranışın növbəti nümunəsidir:
 “Ermənistan Çernobıl faciəsinin nəticələrindən dərs çıxarmaq əvəzinə bu addımı ilə Xəzər, Qara və Aralıq dənizi hövzələri boyunca milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur. Bolqarıstan və Slovakiya ərazisində eyni texnologiya ilə fəaliyyət göstərən AES-lərin fəaliyyəti Avropa İttifaqının dəstəyi ilə dayandırılıb. Avropa İttifaqı və digər təsisatlar tərəfindən Ermənistana Metsamor AES-in dayandırılması üçün dəstək təklif edilsə də, Ermənistan bundan imtina edir.
 Ermənistan Respublikasının bu siyasəti Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın “Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi” və “Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları”, habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri, həmçinin Sərhədyanı ərazilər kontekstində Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə konvensiyanı (UN Espoo Convention) ciddi şəkildə pozulmasıdır. Fürsətdən istifadə edərək əsasən BMT və onun müvafiq strukturları, o cümlədən AEBA başda olmaqla aidiyyəti beynəlxalq təsisatları, region dövlətlərini, ətraf mühit sahəsində ixtisaslaşan vətəndaş cəmiyyəti təşkilatlarını, beynəlxalq kütləvi informasiya vasitələrini, Ermənistan ictimaiyyətində olan sağlam düşüncəli insanları regionu Çernobıl kimi nüvə təhlükəsi ilə üzbəüz qoyan Metsamor AES-in dayandırılması istiqamətində səylərin artırılmasına çağırırıq”. 




Baxış sayı: 1 794
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30