FACT-INFO.AZ » SİYASƏT » Səməd Seyidov: “Avropa Şurasının gələcəyi sual altındadır”
26-04-2017, 09:35 | SİYASƏT
Səməd Seyidov: “Avropa Şurasının gələcəyi sual altındadır”

Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. 
AŞPA-nın Türkiyəni yenidən monitorinqə cəlb etmək barədə qərarına münasibət bildirən S. Seyidovun sözlərinə görə, Türkiyə bütün tənqidi məqamların üzərində düşünməyə və konstruktiv münasibətlər formalaşdırmağa hazır olduğunu bəyan etmişdi:
 “Lakin AŞPA Türkiyəni postmonitorinqdən monitorinq prosesi altına yenidən saldığına görə bu qurumun Türkiyə ilə bağlı verdiyi bütün bəyanatlar faktiki, qeyri-səmimi bəyanatlar kimi qiymətləndirilə bilər. Çünki bir tərəfdən Türkiyə dialoqun aparılmasına hazır olduğunu bildirir, o biri tərəfdən isə AŞPA bu dialoqun, konstruktiv əməkdaşlığın əvəzinə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Bu da o deməkdir ki, assambleyada sanksiyalar tətbiq etmək daha üstün kateqoriya kimi götürülür, nəinki əməkdaşlıq və dialoqun aparılması. Ən maraqlısı ondan ibarətdir ki, sanksiyalar nədənsə məhz sanksiyalara layiq olan ölkələrə yox, Türkiyə, Azərbaycan və yaxud Rusiya kimi ölkələrə qarşı tətbiq edilməklə, təşkilatın özünün gələcək müqəddəratını sual altında qoyur”.
S. Seyidovun sözlərinə görə, bunlar az deyilmiş kimi, AŞPA-nın bu sessiyası böyük qalmaqalla başlayıb: 
“Bu da AŞPA sədri Pedro Aqramuntla bağlıdır. Çox təəssüf ki, biz qanunun aliliyini müdafiə etməyə çağırış edən bir təşkilatın öz divarları arasında qanunun aliliyini demək olar ki, kobud şəkildə pozulmasının şahidinə çevrildik. Çünki birinci gün faktiki qeyri-qanuni üsullarla, proseduru nəzərə almadan AŞPA-nın sədrini vəzifədən çıxarmaq istəyirdilər. Bu, alınmadı, ancaq destruktiv qüvvələr həm Avropa Şurasına, həm də AŞPA sədrinə böyük zərbə vurdular. Bu zərbə birincisi, bizim bu təşkilata inamımızı sındırdı, azaltdı. Biz başa düşdük ki, bu təşkilat nəinki öz dəyərləri müdafiə etmək iqtidarında deyil, əksinə, onları pozmağa hazırdır. Nəhayət, təşkilatda bu gün dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və bu kimi fikirlərin yerinə konfrontasiya, xüsusi yanaşma və qeyri-obyektivlik gündəmə gəlir. Ona görə də, bu sessiyanı ümumi şəkildə xarakterizə etsək, iki mühüm xüsusiyyətini qeyd etməliyəm. 
Birincisi, bütün bu baş verənlərə baxmayaraq, Azərbaycan nümayəndə heyəti öz işini davam etdirir, Dağlıq Qarabağ, işğal edilmiş ərazilərimiz, qaçqın və məcburi köçkünlər məsələlərini daima gündəmdə saxlayır. 
İkincisi isə, burada uzun illər cücərən, formalaşan, özünü hər yerdə büruzə verən ikili standartlar yanaşması artıq partladı. Dialoq tərəfdarlarını işdən çıxartmaq və vəzifədən məhrum etmək, onlara qarşı sanksiyalar tətbiq etməklə yanaşı, ölkələrə qarşı nifrət hissi, qəbuledilməz yanaşmalar gündəmə gəldi. Ümumi şəkildə isə, əsas nəticə budur ki, bu təşkilatın gələcəyi sual altındadır”. 

   

 

 




Baxış sayı: 1 520
“Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930