FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: “Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısı kimi çıxış edir”
24-04-2017, 22:05 | SİYASƏT
Prezident İlham Əliyev: “Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısı kimi çıxış edir”

Prezident İlham Əliyev “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın iştirakçılarına müraciət edib. 

Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları! 

Sizi soyqırımı problemlərinə dair Azərbaycanda keçirilən növbəti elmi konfransda səmimi qəlbdən salamlayıram. Mürəkkəb geosiyasi proseslərin getdiyi indiki vaxtda sülh və sabitliyin təmin olunması tərəqqipərvər bəşəriyyəti narahat edən ən mühüm məsələlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, dünyada dinc birgəyaşayış normalarının pozulmasına rəvac verən ksenofobiya, ekstremizm, dini ayrı-seçkilik və terrorizm kimi hallar getdikcə artır. Qlobal təhlükəsizliyə zərbə vuran bu cür qorxulu meyillər hərbi toqquşmaların yaranmasına, mədəniyyət abidələrinin dağıdılmasına, günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsinə və mənəvi aşınmaya səbəb olur. Konfransın keçirildiyi Lənkəran şəhərinin sakinləri də, ölkəmizin digər regionlarında olduğu kimi, hələ 1918-1919-cu illərdə erməni-daşnak quldur dəstələrinin törətdiyi qırğınların ağrı-acısını öz üzərində yaxından hiss etmişlər. Tarixin çətin sınaqlarından mətanətlə çıxaraq Azərbaycan dövlətinə sədaqəti, xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığı ilə həmişə qürur duyan cənub bölgəsindəki vətəndaşlarımız respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə fəal iştirak etmiş, bu yolda çoxsaylı şəhidlər vermişlər. 

Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə malik olan Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısı kimi çıxış edir, irqi, milli və dini ayrı-seçkiliyə qarşı prinsipial mövqe tutur. Deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını tarixi yaddaşında yaşadan xalqımız bu ilin fevral ayında müasir dövrün ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümünü dərin hüznlə qeyd etdi. Şübhə yoxdur ki, soyqırımıda birbaşa əli olan şəxslərin hələ də beynəlxalq hüquqi normalara uyğun olaraq layiqli şəkildə cəzalandırılmaması onları yeni qanlı əməllərə, hərbi təcavüzkarlıq niyyətlərini davam etdirməyə şirnikləndirir. Buna görə də insanlıq əleyhinə cinayətlərə obyektiv hüquqi-siyasi qiymətin verilməsinə, günahkarların ədalət məhkəməsi önünə çıxarılmasına nail olmaq üçün tarixi gerçəkliyin geniş elmi araşdırılması və nəticələrin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. 

İnanıram ki, bu mötəbər toplantıdakı müzakirələr, əvvəlki elmi məclislərdə olduğu kimi, acı həqiqətlərin müfəssəl şəkildə işıqlandırılmasına və soyqırımı törədənlərin tarix qarşısında mühakimə olunmasına öz töhfəsini verəcəkdir. Bu şərəfli və məsuliyyətli işinizdə sizə yeni nailiyyətlər arzulayıram".

 

 

 

 




Baxış sayı: 1 461
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031