FACT-INFO.AZ » CƏMİYYƏT » Ulu Cavidin fədakar Turanı
14-09-2025, 15:00 | CƏMİYYƏT
Ulu Cavidin fədakar Turanı

On iki sentyabr böyük mütəfəkkir, Azərbaycan ədəbi tarixində görkəmli yerlərdən birini tutan Hüseyn Cavidin qızı Turan Cavidin anım günüdür.

2 oktyabr 1923-cü ildə Hüseyn Cavidin ailəsində dünyaya göz açan Turan Cavid, 12 sentyabr 2004-cü ildə ömrünün 81-ci ilində gözlərini əbədi olarq yumdu. Vəfatının 21-ci ilində Turan xanımı sevgi və hörmətlə anırıq. Ruhu şad olsun!

Turan xanım haqqında onu minnətdarlıqla anmadan danışmaq, nəsə bir söz söyləmək qeyri-mümkündür. Böyük mütəfəkkir və maarifçi Hüseyn Cavid irsinin yaşadılmasında, evinin muzey kimi fəaliyyət göstərməsində, əsərlərinin toplanaraq bizlərə çatdırılmasında Turan xanımın çəkdiyi əzab-əziyyəti, zəhmətini, mətanətini xatırlatmaq kifayətdir.

Amansız repressiya illərində xalqımızın bir çox aydın, vətənpərvər, ziyalı övladı kimi, böyük dramaturq Hüseyn Cavid də öz məfkurəsinə, azad düşüncəsinə görə təqiblərə məruz qaldı, son nəticədə həbs edildi. Beləliklə, həmişə hüzurun, bol sevginin, hörmətin, şən qəhqəhələrin hakim kəsildiyi ev, ailə ömürlük qüssəyə, kədərə qərq oldu. Sürgünə göndərilib məhbus həyatı yaşayan Cavid Əfəndi ilə birlikdə, gözündən belə saqındığı ailəsi-istəkli həyat yoldaşı Mişginaz xanım, sevimli övladları oğlu Ərtoğrol və qızı Turan fələyin amansız üzü ilə baş-başa qaldı. Faciələr, məhrumiyyətlərlər bir-birinin ardınca gəldi.

Tarixin qaranlıq səhifələrinin yazıldığı həmin illərdə Hüseyn Cavid adı tabuya çevrilmişdi. Onun əsərləri qadağan edilərək, ədəbi və milli tariximizə böyük zərbə vurulmuşdu. 1956-cı il bəraətindən sonra Cavid əsərləri "Sovet ideologiyası"na uyğunlaşdırılaraq, yazı dili təhrif olunaraq, böyük dramaturqun sağlığında həssaslıqla yanaşdığı, əsərlərini çapa verərkən yazdığı "imlasına toxunmamalı" istəyinə əhəmiyyət verilmədən nəşr edilməyə başlanıldı. Bu məsələ Turan Cavidi bir övlad kimi bərk narahat edirdi.

Hazırda görkəmli ədibin ev-muzeyində sərgilənən dörd cildlik əsərlərinə baxsaq, bu əsərlərin üzərində Turan xanım tərəfindən əl yazısı ilə orijinalına uyğun düzəlişlər etdiyini görərik. Turan xanım əsərlər üzərində işləyərək onları orijinal variantına uyğunlaşdırmış, atasının irsini gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün böyük zəhmətə qatlaşmış, dahi Cavidin yaradıcılığını olması gərəkdiyi kimi yaşatmaq, gələcək nəsillərə çatdırmaq fikrini həyatının qayəsinə çevirmişdi.

Həmçinin Turan xanımın cavidsevərlərə ən böyük töhfəsi Hüseyn Cavidin əsərlərinin toplanaraq yenidən nəşr edilmiş beşcildliyidir. Cavidin yazı dilinə toxunmadan, təhrifə yol vermədən latın qrafikasında işıq üzü görən bu əsərlərin çapdan çıxmağını Turan xanım görə bilmədi. Təəssüf ki, ömür vəfa qılmadı. Lakin beşcildliyin ərsəyə gəlməsində, bu qiymətli əsərlərin nəşrində Turan Cavidin əməyi, rolu və zəhməti danılmazdır.

Məncə, hər insan dünyaya bir missiya ilə gəlir, Turan xanımın missiyası isə pərən-pərən olmuş ailəsini, doğmalarını bir araya gətirmək, atasının və qardaşının irsini qorumaq, bərpa etmək idi. Turan Cavidin tək bir amalı, yaşamaq üçün tək bir təsəllisi olub: Hüseyn Cavidin irsini özü yazdığı kimi, tək bir sözünə, kəlməsinə toxunmadan nəşr etdirmək, gələcəyə ötürmək, babasını əsərlərində yaşatmaq, ömrünün baharında həyatı yarımçıq qalmış, arzuları puç olan qardaşı Ərtoğrolun əlyazmalarını, irsini qorumaq, yaddaşlardan silinməsinə izn verməmək.

Qeyd etmək yerinə düşər ki, Hüseyn Cavid irsinin yaşamasında və yeni nəsillərə ötürülməsində Ümummilli liderimiz Heydər Əliyevin sonsuz xidmətləri var. Hüseyn Cavidin 100 illiyi ərəfəsində onun nəşinin uzaq Sibirdən tapılaraq doğma yurdu Naxçıvanda dəfn edilməsi, məqbərəsinin tikilməsi məhz Ümummili liderimizin birbaşa göstərişi və iştirakı ilə gerçəkləşmişdi. Ulu öndərin Cavid yaradıcılığına olan hörməti, ailəsinə göstərdiyi diqqət sayəsində Turan xanım ata irsini yaşatmağa və onu toplayaraq yenidən nəşr etdirməyə nail oldu.

Ömrünün son anına qədər əzizləri üçün çalışan, çabalayan məğrur Turan, özünü, öz şəxsi həyatını heç vaxt ön planda tutmadı, yəqin ki, bu fikir heç onun ağlına da gəlməyib. Axı necə də gələydi? Repressiyanın qara, qəsvətli dumanının çuğladığı, süpürüb öz ağuşuna aldığı ailəsini-sevimli babasını, qardaşını, paramparça olmuş ümidlərini, xəyallarını nə əvəz edə bilərdi ki?

Turan xanımın illərlə çəkdiyi zəhmət nəticəsində bu dünyadan arzuları ürəyində qalaraq, nakam köçüb gedən qardaşı Ərtoğrolun əlyazmaları bu gün əlimizdədir, sozləri canlı, fikirləri işıqlı, duyğuları hissediləndir. Bəlkə də Turan xanım olmasaydı, Ərtoğrolun taleyi kimi, əlyazmalarının da ömrü qısa olardı, itib-batardı. Amma biz bu gün həmin irslə tanışıq, ondan faydalanırıq.

Bu gün Turan xanımı anarkən, biz təkcə bir ömrün yaşadıqlarının, görüb-keçirdiklərinin şahidi olmuruq, həm də müqəddəs bir amal uğurunda apardığı mübarizənin şahidi oluruq. Onun həyat yolu bizə bir daha göstərdi ki, dünyada insanı yaşada biləcək ən böyük dəyər onun özündən sonra qoyub getdikləridir.

Turan Cavidin ömür yoluna nəzər salanda bir həqiqətlə üzləşirik: fədakarlıqla qorunan irs heç vaxt ölmür, qorunmayan isə, zamanın axarında itib gedir. Turan xanımın fəaliyyəti ilə Cavidlərin əlyazmaları, sözləri tozlu rəflərdə deyil, ürəklərdə, qəlblərdə və yaddaşlarda yaşayacaq səviyyəyə çatdırıldı.

Yaddaşını qoruyan xalq heç vaxt zəifləmir, irsini yaşadan millət heç vaxt məğlub olmur. "Turan Cavidin ömür yolundan bizə nə miras qaldı" sualına cavab axtarsaq, görərik ki, ən böyük miras fədakarlıq nümunəsidir. İnsan ideyası və amalı uğrunda daim çalışmalı, onu bu yoldan heç bir məhrumiyyət çəkindirməməlidir.

Bu gün Turan xanımı yad edərkən, onun əzizləri uğrunda çəkdiyi zəhməti, qoruduğu dəyərləri, son anına qədər göstərdiyi iradəni özümüz üçün bir nümunə kimi qəbul etməliyik. Unutmamalıyıq ki, hər bir xalqın gücü, onun mənəvi yaddaşında, milli və tarixi irsindədir. Yaddaş qorunarsa, xalq da möhkəm olar.

Qoy fədakarlıq timsalı Turan Cavidin ruhu şad, onun keçdiyi yol bizə örnək olsun!

Nuranə NƏRİMANOVA

Hüseyn Cavid Ev-Muzeyinin əməkdaşı




Baxış sayı: 230
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930