FACT-INFO.AZ » SİYASƏT » Əli Həsənov: “Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını bir daha göstərdi”
16-04-2017, 20:35 | SİYASƏT
Əli Həsənov: “Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını bir daha göstərdi”

Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümünə həsr olunan “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında təntənəli mərasim keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə əvvəlcə Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Dövlət himni səsləndirilib. 

Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində orduda kompleks islahatlar aparılaraq yeni və müasir döyüş texnikaları, hərbi vasitələr silahlanmaya daxil edilib. Kadrların peşəkarlığının yüksəldilməsi istiqamətində praktik addımlar atılıb, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksəldilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. Zakir Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda dövlət başçısı tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir. 

Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb. 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov çıxış edərək bildirib ki, aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada bütün diqqəti bu münaqişəyə cəlb edib. Ə. Həsənov vurğulayıb ki, hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi. 

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında qeyd edib ki, aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi Füzuli rayon sakinlərinin də böyük ruh yüksəkliyinə səbəb olub. Aprel döyüşlərində  Azərbaycan əsgəri əsl peşəkarlıq, intizam, yüksək döyüş ruhu nümayiş etdirərək düşmənin layiqli dərsini verib. 

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin atası Telman Mirzəyev mərasimdə qeyd edib ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusu haqlı olduğunu və gücünü təkcə düşmənə yox, bütün dünyaya göstərdi. T. Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində onlara, o cümlədən bütün şəhid ailələrinə və döyüşlərdə yaralanan hərbi qulluqçulara ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğının göstərildiyini qeyd edərək Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. 

Aprel döyüşlərinin iştirakçıları adından çıxış edən polkovnik-leytenant Eldəniz Sadıqov da vurğulayıb ki, həmişə olduğu kimi, indi də şəxsi heyətin döyüş ruhu çox yüksək səviyyədədir. Döyüşlərdə yaralanmasına baxmayaraq, yenə də sırada olduğunu qeyd edən zabit döyüşçü silah yoldaşları adından bildirib ki, şəxsi heyət işğal altında olan torpaqlarımızın azad edilməsi və bayrağımızın həmin ərazilərdə dalğalandırılması üçün döyüşlərə həmişə hazırdır. 

Sonra 2016-cı ilin aprel döyüşləri zamanı Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirərək döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzm nümayiş etdirmiş, hər kəsə örnək ola biləcək qəhrəmanlıqlar nümayiş etdirmiş şəxsi heyətin təltif edilməsi haqqında müdafiə nazirinin əmri oxunub. Döyüşlərdə fərqlənən hərbi qulluqçulara medallar və fəxri fərmanlar təqdim olunub. 

Hərbi əməliyyatlar zamanı Silahlı Qüvvələrə göstərdikləri dəstəyə görə cəbhəboyu zonada yerləşən Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Şəmkir, Tərtər və Xocavənd rayonlarının icra hakimiyyəti başçılarına Müdafiə nazirinin xüsusi mükafatları təqdim edilib. 

Sonda “Aprel zəfəri - 2016” ədəbi-musiqili kompozisiya təqdim olunub.

 

 

 

 

 




Baxış sayı: 1 543
Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031