Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Sənəddə Dövlət İdarəçilik Akademiyasında dövlət qulluğunun aktual problemlərinə dair elmi-praktik konfransın keçirilməsi, Dövlət Statistika Komitəsi tərəfindən müvafiq statistik məlumatların dərc edilməsi, yerli icra hakimiyyətlərində tədbirlərin təşkil olunması, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ölkə ictimaiyyətinin məlumatlandırılması, dövlət orqanlarında uzun illər səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının orden, medal və fəxri adlarla təltif edilməsi, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi barədə təkliflərin hazırlanması kimi məsələlər öz əksini tapıb. (trend)
Baxış sayı: 1 830
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

