“Ermənistanda 2015-ci ildə keçirilən referenduma əsasən parlamentar sistemə keçilib. 2018-ci ildə prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra parlamentar sistem qüvvəyə minəcək və yeni hökumət parlamentdəki üstünlük tərəfindən təşkil olunacaq”.
Bunu Azadinform-a açıqlamasında Türkiyədəki "Strategic Outlook" Araşdırmalar Mərkəzinin prezidenti Yusif Çinar deyib. O bildirib ki, bundan başqa, konstitusiyaya edilən dəyişikliklərə görə, önəmli səlahiyyətləri baş nazirə keçən prezident də xalq tərəfindən deyil, 101 kürsüsü olan parlament tərəfindən seçiləcək: “Əslində Ermənistanın yeni parlament sistemi Türkiyədəki əvvəlki sistemə çox bənzəyir”.
Çinarın fikrincə, Ermənistan gələcəkdə iki çətinliklə üzləşə bilər: birincisi, partiyalar koalisiya qurmaqda çətinlik çəkə bilər: “Koalisiyon hökumət icraetmə məsələsində çox da uğurlu olmaya bilər. Bununla əlaqədar olaraq Ermənistan yaxın zamanda qeyri-sabitlik yaşaya bilər”.
Digər tərəfdən, Ermənistan parlamentar sistemə keçməzdən öncə müxalifət parlamentar sistem ilə tək partiyalı sistemin, yəni Sarkisyanın hegemonluğunun artacağını iddia etmişdi. O əlavə edib ki, aprelin 2-də keçirilən parlament seçkisinin nəticələrinə baxınca, ortaya sabit quruluşun çıxdığını söyləmək çətindir.
Baxış sayı: 1 602
Azerbaijan’s mine problem raised in Prague
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan

