ABŞ Dövlət katibi Marko Rubio Vladimir Zelenskinin Krımla bağlı bəyanatından sonra Ukraynada sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib.
Fact-info.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, aprelin 23-də Londonda keçiriləcək görüşdə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krımı Rusiya ərazisi kimi tanımasıdır. Nəşr yazır ki, Zelenski aprelin 22-də jurnalistlərə bu variantı qəbul etmədiyini söylədikdən sonra Rubionun səfəri ləğv edilib.
Qəzetin qeyd etdiyi kimi, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoffun Londondakı görüşə gedib-gəlməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Hələlik yalnız ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun iştirakı təsdiqlənib. İclasda Böyük Britaniya, Fransa və Ukrayna nümayəndələri də iştirak edəcək.
Britaniyanın “The Daily Telegraph” qəzetinin məlumatına görə, Londonda keçiriləcək görüşdə ABŞ yeddi bəndlik həll planını təqdim edəcək.
Baxış sayı: 95
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
