Ukrayna İngiltərə, Fransa və ABŞ ilə birlikdə Rusiya ilə müharibəyə son qoymağın yollarını müzakirə edəcək. Dörd ölkənin nümayəndələri aprelin 23-də Londonda görüşəcəklər. Fact-info.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində yazıb.
"Artıq çərşənbə günü nümayəndələrimiz Londonda Böyük Britaniya, Fransa, ABŞ-la birgə işləyəcək. Biz real və davamlı sülhün bərqərar olması ilə qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün mümkün olan ən konstruktiv şəkildə irəliləməyə hazırıq", - deyə Zelenski vurğulayıb.
Prezident Ukraynaya kömək edən bütün tərəfdaşlara təşəkkür edib.
Zelenskinin sözlərinə görə, əlavə şərtlər olmadan atəşkəs sülhə doğru ilk addım olmalıdır. Pasxa göstərdi ki, müharibənin uzanmasına səbəb Rusiyanın hərəkətləridir.
Baxış sayı: 170
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
