ABŞ administrasiyası Dövlət Departamentinin əsaslı şəkildə yenidən təşkilini, eləcə də strukturlarının ixtisarını həyata keçirmək niyyətindədir.
Fact-info.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Prezidenti Donald Trampın müvafiq fərman layihəsinə istinadla bildirib.
İqlim, qaçqınlar, demokratiya və Afrika ilə məşğul olanlar da daxil olmaqla onlarla vəzifə və departamentin fəaliyyətini dayandırması planlaşdırılır.
Eyni zamanda, Dövlət Departamenti Hind-Sakit okean regionu, Latın Amerikası, Yaxın Şərq və Afrika ilə məşğul olan dörd regional büroya çevriləcək.
Amerika administrasiyası, həmçinin Kanadadakı diplomatik personalın sayını azaltmaq istəyir. Səlahiyyətlilər, eləcə də tropik Afrika ölkələrindəki qeyri-vacib səfirlikləri və konsulluqları bağlamağı planlaşdırır.
Dəyişikliklərin oktyabrın 1-dən qüvvəyə minməsi gözlənilir.
Baxış sayı: 195
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
