FACT-INFO.AZ » SİYASƏT » Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT
20-04-2025, 10:00 | SİYASƏT
Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və media qurumlarına ünvanlanan bəyanat yayıb.

Fact-info.az xəbər verir ki, bəyanatda beynəlxalq hüququn prinsiplərinin qorunmasının mədəni irsin müdafiəsində qlobal həmrəyliyin təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub, mədəni irsin qorunmasının yalnız mədəniyyət məsələsi deyil, eyni zamanda, beynəlxalq hüququn vacib elementi hesab edilməklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş ciddi hüquq pozuntularının diqqət mərkəzində saxlanması tələb olunub. Bildirilib ki, Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın ərazilərində həyata keçirdiyi sistemli vandalizm təkcə siyasi işğal aktı deyil, həm də beynəlxalq hüququn mədəni irsin qorunmasına dair birmənalı qadağalarını kobud şəkildə pozan bir mədəni soyqırımıdır.

Bu baxımdan Xocalı rayonunun Pirilər kəndindəki yerləşən qədim alban məbədindən hərbi məqsədlərlə istifadə edilməsinin bu pozuntuların konkret və sənədləşdirilmiş sübutlarından biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Qafqaz Albaniyasının maddi-mədəni irsinin ayrılmaz hissəsi kimi xüsusi qorunan bu abidəni Ermənistanın tamamilə dağıtması və ondan silah-sursat anbarı kimi istifadə etməsi Cenevrə Konvensiyasının və 1954-cü il Haaqa Konvensiyasının birbaşa pozulmasıdır.

Həmçinin bildirilib ki, işğal dövründə 437 tarixi abidə zədələnib, 68-i tamamilə dağıdılıb, 114-ü isə ciddi şəkildə zərər görüb. Dəymiş ümumi maddi ziyanın həcmi 700 milyon manatdan çoxdur.

“Azərbaycan azad edilmiş ərazilərdə bu abidələrin bərpası və mühafizəsi istiqamətində beynəlxalq öhdəliklərinə uyğun şəkildə ciddi fəaliyyət göstərir. Beynəlxalq təşkilatları, xüsusilə UNESCO və ICOMOS-u bu məsələdə daha fəal və prinsipial mövqe sərgiləməyə çağırırıq. Mədəni irsin dağıdılmasına qarşı səssizlik beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Mədəni irs müharibənin obyekti olmamalıdır, onun hərbiləşdirilməsi insanlığın birgə mirasına qarşı yönəlmiş ağır hüquq pozuntusudur”, - deyə bəyanatda vurğulanıb.




Baxış sayı: 160
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031