FACT-INFO.AZ » SİYASƏT » “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib
19-04-2025, 18:00 | SİYASƏT
“Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib

İki əsrdən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. Azərbaycanlıların mərhələlərlə kütləvi şəkildə Ermənistandan qovulması və tarixi torpaqlarımızda bir nəfər də olsun azərbaycanlının qalmaması erməni şovinizminin əsl mahiyyətini ortaya qoyub. İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malik sənəddir, beynəlxalq hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Fact-info.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcması və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 19-da Qax şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

İki hissədən ibarət tədbirin bədii hissəsində aşıq musiqisi səsləndirilib, yallı ifa olunub, Qərbi Azərbaycanın zəngin mətbəxi nümayiş etdirilib, mədəni irsi əks etdirən sərgiyə baxış olub.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib. Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbirin mahiyyəti barədə məlumat verib, konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək, Qərbi azərbaycanlıların öz evlərindən mərhələlərlə deportasiya edildiklərini, bu ağrılı proses zamanı yaşadıqları müsibətləri dilə gətirib. Sədr İcmanın geri qayıdış istiqamətində apardığı işə toxunub.

Milli Məclisin deputatı Əli Məsimli Qərbi azərbaycanlıların öz el-obalarına geri qayıdış əzmi və istəyindən bəhs edib, Vətən həsrətlərindən danışıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon İcmasının sədri, professor Mahirə Hüseynova konfransın Qaxda keçirilməsinin önəmini və elmi-praktiki xarakter daşımasını xüsusi vurğulayıb. Mahirə Hüseynova tarixi Azərbaycan torpaqlarında həyata keçirilən deportasiyalar, maddi və qeyri-maddi mədəni irsi ilə bağlı araşdırmalarının aparılmasının indiki və gələcək nəsillər üçün olan önəmindən bəhs edib.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarıldığını, onların böyük ümid və əminliklə geri qayıdacaqları günü gözlədiklərini vurğulayıb.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Qaya Məmmədov beynəlxalq hüquqda əks edilən geri qayıdış hüququndan bəhs edib. O, Qərbi Azərbaycana qayıdışın zərurət olduğunu vurğulayıb, soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının aspektlərindən danışıb.

Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov gənclərin Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılmasında önəmli rol oynadığını vurğulayıb.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deportasiyalar zamanı qadınlar və uşaqların yaşadığı ağrı-acılara toxunub, beynəlxalq hüquqa əsasən bu həssas qrupun geri qayıdış prosesi zamanı xüsusi diqqətli olmağın vacibliyini bildirib.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı doğma torpaqlarda yaşadığı xatirələrdən bəhs edib. Deputat Qərbi Azərbaycanla bağlı mövcud olan ikili standartlardan, soydaşlarımızın geri qayıdış hüququnun bəzi dairələr tərəfindən görməzdən gəlinməsinə diqqət çəkib.

Qərbi Azərbaycan İcması Qadınlar Şurası sədrinin müavini Telli Əliyeva Qərbi azərbaycanlı qadınların yurd həsrətini dilə gətirib, deportasiyalar nəticəsində zərər görən ədəbi irsə toxunub.

Qərbi Azərbaycan İcmasının Qax rayonu üzrə nümayəndəsi Həsən Tarverdiyev Qərbi Azərbaycan reallıqlarının regionlarda daha geniş təbliğ edilməsi istiqamətində olan işlərdən danışıb.




Baxış sayı: 105
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031