“Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsə hazırdır, lakin bu mərhələyə çatana qədər ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq”.
Fact-info.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi brifinqdə bildirib.
“Siz mənim münasibətimi və qırmızı xətlərimizin nədən ibarət olduğunu bilirsiniz. Biz müvəqqəti olaraq işğal olunmuş ərazilərimizdən heç birini Rusiyanın ərazisi kimi tanımayacağıq”, - deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun strategiyasına da münasibət bildirib və bunu təhlükəli hesab etdiyini deyib. Zelenskinin fikrincə, Vitkoffun fikirləri sülh danışıqlarına kömək etmir.
Prezident həmçinin vurğulayıb ki, Ukrayna atəşkəsi dəstəkləməyə hazırdır, lakin hesab edir ki, Rusiya gərginliyi artıraraq daha çox ərazi ələ keçirməyə çalışır.
“Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə və addımlar atmağa nə qədər hazır olsa, atəşkəsə bir o qədər yaxınlaşacağıq”, - deyə Zelenski bildirib.
Baxış sayı: 135
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
