Türk ölkələri arasında əlaqələrin möhkəmlənməsində Naxçıvan sazişi mühüm rol oynayıb.
Fact-info.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqallar şurasının sədri Binəli Yıldırım Antalya Diplomatik Forumunda etdiyi çıxışda bildirib.
O, Balkanlardan tutmuş Türkiyəyə kimi yayılmış Türk dövlətlərinin tarixi əlaqələrinin onların ümumi kimliyinin əsasını təşkil etdiyini qeyd edib. Adlarda və icmalarda dəyişikliklərin olmasına baxmayaraq, bu ölkələrin mədəniyyəti öz mayiyyətini qoruyub saxlaya bilib.
Türk dövlətləri liderlərinin aparıcı türk siyasətçilərlə bir araya gəldiyi 90-cu illəri xatırladan Binəli Yıldırım, onların səyləri nəticəsində 2009-cu ildə Türk Dövlətləri Təşkilatının yaradıldığını diqqətə çatdırıb.
"Bu məhz Türk Dövlətlərinin birləşməsində həlledici rol oynamış Naxçıvan sazişinin sayəsində mümkün olub", - deyə o əlavə edib.
Baxış sayı: 145
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
