Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı mediası Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq forumdakı çıxışını geniş işıqlandırıb.
Fact-info.azxəbər verir ki, iki qardaş ölkənin informasiya agentlikləri, qəzetləri, telekanalları və xəbər saytları Azərbaycan Prezidentinin beynəlxalq və regional gündəliyin aktual məsələlərinə dair mövqeyini çoxmilyonlu auditoriyaya çatdırır, dövlətimizin başçısının bəyanatlarından parçalar verir.
Materiallarda Azərbaycan dövlətinin başçısının ŞKTC-ni dəstəkləməyə hazır olması və Bakı ilə Ankara arasında müttəfiqliyin sarsılmazlığı barədə bəyanatlarına xüsusi vurğulanıb.
Prezident İlham Əliyevin Ermənistanla sülh perspektivləri, Kiyev ilə Moskva arasındakı münaqişə, Türkiyə ilə İsrail münasibətləri, Suriyadakı vəziyyətlə bağlı mövqeyinə diqqət yetirilib.
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
