Bu barədə APA-ya İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi iranlı musiqiçinin qondarma “Dağlıq Qarabağ Respublikası”nda verdiyi konsertlə münasibət bildirərkən deyib ki, Novruz bayramı günlərində İran İslam Respublikasından heç bir rəsmi musiqi qrupu Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli sayılan ərazilərə səfər etməyib:
“Üçüncü ölkə mətbuatı vasitəsilə yayılan qeyri-mötəbər və bəzən təhrif olunmuş xəbərlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələri korlamaq və ictimai rəyi mənfi yönlərə yönəltmək məqsədi daşıyır. Təəssüf ki, indiyədək dəfələrlə bunun şahidi olmuşuq. Biz bu qəbil cəhdləri şiddətlə qınayırıq”.
Baxış sayı: 1 572
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

