9 aprel 2025-ci il tarixində Xarici İşlər Nazirliyində daimi diplomatik xidmətə qəbul olunmuş əməkdaşların ilk dəfə olaraq andiçmə mərasimi keçirilib.
XİN-dən Fact-info.az-a verilən xəbərə görə, andiçmə tədbiri yeni “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin tələblərinə əsasən təşkil olunub.
Andiçmə mərasimində Xarici İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən diplomatik xidmətə qəbul imtahanında müvəffəqiyyət qazanaraq, 6 ay müddətinə stajçı, daha sonra isə 3 aylıq sınaq müddəti ilə attaşe vəzifəsinə təyinatı həyata keçirilən əməkdaşlar iştirak edib.
Əməkdaşlar daha sonra “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən şəxsi işlərində saxlanılacaq andın yazılı mətnini imzalayıblar.
Baxış sayı: 150
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
