FACT-INFO.AZ » SİYASƏT » Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe
30-03-2017, 08:45 | SİYASƏT
Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe

Bunu iki aspektdə aydın hiss etmək olur. Birincisi, Parisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsinin məzmunu, ikincisi, Azərbaycanın Fransa ilə imzalayacağı əməkdaşlıq sazişlərinin əhatə dairəsi maraq doğururdu. Hər iki istiqamətdə sözün həqiqi mənasında aktual müzakirələr aparılıb. Azərbaycan tərəfi Dağlıq Qarabağla bağlı məsələni yenə konkret qoyaraq işğalçı qüvvələrin çıxarılmasını əsas hesab etdiyini bildirib. Bu kontekstdə həmsədr dövlətlərin status-kvonu dəyişməkdən bəhs etmədən real addımlar atmağa keçməli olduqları vurğulanıb. Parisdə rəsmi Bakının müxtəlif sahələr üzrə əməkdaşlığa tam açıq olduğu da bir daha təsdiqlənib. Tərəflər müxtəlif sferaları əhatə edən mühüm sənədlər imzalayıblar.

Sarkisyanın yalanları: yenə ifşa olundu

Fransa ənənəvi olaraq dünya siyasətində öz yeri olan dövlətlərdəndir. Avropa İttifaqında (Aİ) isə Almaniya ilə birlikdə aparıcı rol oynayır. Parisin qlobal geosiyasətin dinamikasına ciddi töhfələr verdiyinə şübhə yoxdur. Bu səbəbdəndir ki, əsas geosiyasi problemlərin həllində Parisin iştirakı güclüdür. O cümlədən münaqişələrin həlli, regional ixtilafların aradan qaldırılması, terrorçuluqla mübarizə, ekoloji mühitin yaxşılaşdırılması və digər sahələrdə Fransanın rolu qəbul edilir. Son illər Aİ-nin əməkdaşlıq proqramlarının həyata keçirilməsində Parisin xüsusi vəzifə yerinə yetirdiyini də vurğulamaq lazımdır.

Bunlardan əlavə, Fransa əvvəlcədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edir. Belə bir fikir mövcuddur ki, rəsmi Paris İrəvanı himayə edir. Doğrudan da, keçən əsrin 90-cı illərində Ermənistan rəhbərliyi hər bir kritik anda Parisə üz tuturdu. Bu sırada Ki-Uest görüşündə Heydər Əliyevin qətiyyətli mövqe nümayiş etdirməsindən sonra Robert Koçaryan birbaşa Parisə uçub, ağalarına şikayətlər etmişdi. Ancaq hazırda vəziyyət xeyli fərqlidir. Fransa da digər həmsədr dövlətlər kimi, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsində maraqlıdır.

Paris Vaşinqton və Moskva ilə eyni mövqedən çıxış edərək, "mövcud status-kvo qəbuledilməzdir" deyir. Eyni zamanda, Fransanın Aİ-nin gələcəyi ilə əlaqəli atdığı addımlar onu Avropaya qonşu olan ölkələr üçün daha cəlbedici edib. Ermənistan prezidenti isə hər dəfə çətinliyə düşəndə, Parisə qaçmağa adət edib. Son səfərində Serj Sarkisyan fransalı iş adamları ilə görüşündə Azərbaycanın əleyhinə iftira və böhtanlar səsləndirməkdən çəkinməyib. O, konkret əməkdaşlıq proqramları təklif etmək əvəzinə, yenə də rəsmi Bakıdan şikayətlər edib. Belə görünüb ki, əslində, İrəvanın əməkdaşlıq üçün təklif etməyə nə imkanı, nə də ağlı var.

Bundan başqa, Prezident İlham Əliyevin Fransaya səfəri erməni liderin dediklərinin heç bir əsasının olmadığını əyani surətdə fransız iş adamlarına göstərdi. Azərbaycanın dövlət başçısı Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdə ölkənin əməkdaşlıq üçün böyük imkanlara malik olduğunu və Ermənistan prezidentinin söylədiklərinin əsassızlığını bir daha sübut edib. Əgər Ermənistan S.Sarkisyanın dediyi kimidirsə, onda niyə çox kasıbdır? Konkret olaraq, rəsmi İrəvan əməkdaşlıq üçün heç bir şey təklif edə bilmirsə, həmin dövlətin hansı müsbət tərəflərindən danışmaq olar? (bax: Prezident İlham Əliyev: Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir / AZƏRTAC, 14 mart 2017).

Azərbaycan Prezidentinin səfəri olduqca uğurlu alınıb. Aparılan danışıqlar, verilən mesajlar və imzalanan sənədlər bunu təsdiq edir. Onu vurğulayaq ki, İlham Əliyev bütün səfərlərində olduğu kimi, çox səmimi, açıq, aydın və dəqiq mövqe nümayiş etdirib. Fransanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümumi və standart sözlər ifadə edib. Fransua Olland münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb. Bunu S.Sarkisyana da dediyini bildirib. Diplomatik etiket baxımından, təbii ki, normal haldır.

Münaqişənin həlli: Bakı qətiyyət və konkretlik tələb edir

Lakin uzun illərdir ki, həmsədr dövlətlərin başçıları eyni şeyi təkrar edirlər. Onlar bir tərəfdən status-kvonun saxlanmasının əleyhinədirlər, digər tərəfdən isə onun dəyişməsinə əngəl olan Ermənistana qarşı heç bir konkret addım atmırlar. Əvəzində, dönə-dönə bildirirlər ki, hərbi yolla münaqişə həll edilə bilməz. Niyə?

Axı, sizlər İraqı, Liviyanı, Suriyanı, Əfqanıstanı bombaladınız. Fransa qırıcıları indi də Suriya və İraqda bombalar yağdırır. Halbuki bu ölkələr Avropanın, yaxud Rusiyanın bir qarış torpağını belə işğal etməyiblər. ABŞ, Avropa ölkələri və Rusiya bəyan edirlər ki, Yaxın Şərqdəki terrorçular qəfil gəlib, onların ərazilərində terror törədərlər. Ona görə də qabaqlayıcı tədbirlər görməyə məcburdurlar.

Şübhəsiz, burada müəyyən həqiqət vardır. Ancaq həmin həqiqətlərdən əvvəl başqa həqiqət də meydana çıxıb. Azərbaycanın ərazisini erməni quldur dəstələri hərbi yolla, vicdansız və qaydasız savaşla havadarlarının birbaşa yardımı ilə işğal ediblər. Minlərlə azərbaycanlı erməni terrorunun qurbanı olublar. Onlar Azərbaycanda, Rusiyada, Gürcüstanda, Avropada erməni terrorçuların hədəfinə çevriliblər. Bu terror qruplarının yuvalarından biri də Dağlıq Qarabağdır. Bəs nəyə görə Azərbaycanın həmin terrorçuları məhv etməsinə razı deyillər? Əsrin bu paradoksunu necə izah edə bilərlər?

Bu fikirlər fonunda həmsədr dövlətlərin başçılarının söylədikləri baş aldatmağa bənzəyir. Prezident İlham Əliyev isə mövqeyini konkret ifadə edir. Parisdə Azərbaycanın dövlət başçısı bəyan edib: "Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri – Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər" (bax: Prezident İlham Əliyev və Prezident Fransua Olland mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 14 mart 2017).

Dövlət başçısı mövqeyini daha da konkretləşdirərək, ifadə edib ki, "Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür... Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır... Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz" (bax: Prezident Fransua Ollandın adından Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib / AZƏRTAC, 15 mart 2017).

Beləliklə, Prezident İlham Əliyev kifayət qədər aydın və dəqiq məntiqlə bəyan edib ki, sözdə deyilənləri konkret praktikada həyata keçirməyin zamanı gəlib. Dünyanın 3 böyük dövləti cırtdan Ermənistanın BMT-nin və başqa beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə qoyulan şərtləri yerinə yetirməsi üçün ciddi addım atmayıblarsa, baş verəcəklərin məsuliyyətini Azərbaycan daşımır. Yəni işğalçı erməni silahlı qüvvələri qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmalıdır. İnsanlar öz yurdlarına qaytarılmalıdırlar. Yalnız ondan sonra regionda sabitlikdən və sülhdən danışmaq mümkündür.

Fransa ilə münasibətlərin digər sahələrinə gəldikdə isə, Azərbaycan imzaladığı 5 sənədlə konstruktiv əlaqələrin inkişafında maraqlı olduğunu bir daha nümayiş etdirib. Dövlət başçısı Parisdə Azərbaycanın Aİ ilə əməkdaşlığın yeni formatını hazırlamağa hazır olduğunu bəyan edib. Azərbaycan iqtisadi, enerji, humanitar, elmi-texniki, ekoloji, kosmos, şəhərsalma, informasiya və başqa sahələrdə Fransa ilə əməkdaşlığını daha da inkişaf etdirəcək.

Bununla da Azərbaycan Prezidentinin Fransaya növbəti səfərinin xeyli səmərəli olduğu nəticəsini çıxara bilərik. Konkret sahələr üzrə imzalanan sazişlər bu istiqamətdə perspektivin kifayət qədər olduğunu göstərir. Eyni zamanda, Prezident Azərbaycanın xarici siyasətdə tutduğu müstəqil kursu qətiyyətlə davam etdirəcəyini, o cümlədən Ermənistanın təcavüzünün aradan qaldırılması üçün lazım olan bütün addımları atmaqda davam edəcəyini bir daha bəyan edib.

Newtimes.az

 

 




Baxış sayı: 1 526
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30