Fact-info.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı The New York Times-ın ABŞ-nin Ukrayna hərbi əməliyyatlarının planlaşdırılmasına fəal şəkildə cəlb olunduğu barədə məlumatını təsdiqləyib.
Zalujnı bildirib ki, 2022-ci ilin aprelində ABŞ-nin Avropa Komandanlığının qərargahında (Ştutqart, Almaniya) birgə komanda mərkəzi yaradılıb, sonradan isə o, Visbadenə köçürülüb.
Onun sözlərinə görə, həmin qərargahda əməliyyatların planlaşdırılması, simulyasiya oyunları, Ukrayna ordusunun ehtiyaclarının müəyyənləşdirilməsi və bu məlumatların Vaşinqtonla Avropa paytaxtlarına ötürülməsi həyata keçirilirdi. O, bu əməkdaşlıq platformasını Qərb tərəfdaşları ilə effektiv əlaqə vasitəsi adlandırıb.
Qeyd edək ki, Le Point jurnalının məlumatına görə, Zalujny gələcək prezident seçkilərində Vladimir Zelenskinin əsas rəqibi ola bilər.
Baxış sayı: 220
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
