Kremlin sözçüsü Dmitri Peskov, ABŞ Prezidenti Donald Trampın "Ukraynaya bombardmanları dayandırın" çağırışına münasibət bildirərək qeyd edib ki, Prezident Vladimir Putin atəşkəsin vacibliyi fikrini dəstəkləyir.
Peskovun sözlərinə görə, atəşkəsə qədər hələ Rusiyanın cavab gözlədiyi bir sıra mühüm məsələlər həll edilməlidir. O deyib:
"Bu, Kiyev rejiminin nəzarətsizliyi ilə bağlıdır - terrorçu bölmələrə nəzarət edə bilmirlər, onlar sadəcə Kiyevin sözünə baxmırlar... Həmçinin bu, Kiyevin demilitarizasiyası planları ilə bağlıdır. Bütün bu məsələlər gündəmdədir."
Peskov əlavə edib ki, Rusiya atəşkəsin mümkün qədər tez həyata keçirilməsi ideyasını dəstəkləyir, lakin əvvəlcə ölkənin maraqlarının qorunması təmin olunmalıdır. O, həmçinin bildirib ki, Rusiya və ABŞ arasında yeni danışıqların tarixi hələ müəyyən olunmayıb.
Baxış sayı: 125
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
