“Azərbaycan dünyanın 10 ən çox minadan əziyyət çəkən ölkələri sırasındadır”.
Fact-info.az-ın məlumatına görə, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O, Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə BMT-nin binasında Azərbaycanın minatəmizləmə fəaliyyətinə həsr olunmuş tədbirin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda belə tədbirlərin keçirilməsi Azərbaycanın probleminə diqqəti cəlb edir. “Azərbaycanın problemi ilə bağlı həm də siyasi məsələlər var. Buna misal olaraq, Ermənistan tərəfindən hələ də Azərbaycan tərəfinə dəqiq xəritələr təqdim olunmayıb. Texniki və maliyyə problemləri də mövcuddur. Düzdür, bunlar mütəmadi olaraq həll olunur. Amma bu barədə biz təbii ki, beynəlxalq ictimaiyyətə müəyyən məlumat çatdırmalıyıq”.
Fərid Şəfiyev deyib ki, Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə xərclənmiş vəsaitin yalnız 6 faizə yaxını xarici donorlar vasitəsilə edilib. Onun sözlərinə görə, bəzi ölkələrə bu məsələdə kütləvi şəkildə yardım göstərilir.
“Təəssüflər olsun ki, bu münaqişədə biz ikili standartlarla üzləşmişik, indi də üzləşməyə davam edirik. Məsələn, Avropa İttifaqı Ermənistana yardım edir, halbuki, münaqişə, o cümlədən dağıntılar Ermənistan ərazisində deyil, bizim ərazimizdə baş verib. Mina problemi də Azərbaycan ərazisindədir. Amma bu məsələni həll etmək üçün bizim yetərli qədər həm iradəmiz, həm də resurslarımız var. Sadəcə, buna vaxt tələb olunur”.
Baxış sayı: 285
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
