Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ABŞ-ın tariflərinə cavab olaraq konkret tədbirlər açıqlamayıb, ABŞ prezidenti Donald Trampla tariflərin ləğvi ilə bağlı danışıqlar aparmağa çağırıb.
Eyni zamanda, xüsusi videomüraciətdə o, belə məsləhətləşmələr uğursuz olarsa, Aİ-nin əks tədbirlərinin görüləcəyini vəd edib.
"Biz ABŞ-i ticarət maneələrini aradan qaldırmaq üçün danışıqlara çağırırıq. Amma biz hərəkətə keçməyə də hazırıq. Biz cavab tədbirlərinin ilk paketini tamamlamağa yaxınıq və danışıqlar uğursuz olarsa, onları tətbiq etməyə hazırıq”, - deyə fon der Leyen bildirib.
"Prezident Trampın qərarından dərin təəssüflənirəm. Qlobal iqtisadiyyat böyük zərər görəcək, bunun nəticələri bütün dünya ölkələri üçün fəlakətli olacaq və əhalinin ən həssas təbəqələrinə ağır zərbə vuracaq", - o deyib.
Baxış sayı: 145
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
