FACT-INFO.AZ » XƏBƏR » Vaşinqtonda Azərbaycanın minatəmizləmə istiqamətində fəaliyyətinə dair təqdimat olub
3-04-2025, 09:30 | XƏBƏR
Vaşinqtonda Azərbaycanın minatəmizləmə istiqamətində fəaliyyətinə dair təqdimat olub

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqton şəhərində yerləşən “Hudson” İnstitutu beyin mərkəzində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndə heyəti, AR Xarici İşlər Nazirliyi, səfirlik nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil edilib.

Fact-info.az xəbər verir ki, agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov dəyirmi masada iştirak edən beyin mərkəzinin aparıcı eksperti Mayk Doran və digər əməkdaşlara, həmçinin tədqiqatçı və tələbələrə Azərbaycanda aparılan humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib. O bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, yəni 2020-ci il noyabrın 10-dan bugünədək Azərbaycanda 385 nəfər mina qurbanı olub, bunlardan 315-i xəsarət alıb, 70 nəfər isə həyatını itirib. O, bu günlərdə daha bir nəfərin Ağdam rayonu ərazisində mina partlaması nəticəsində xəsarət aldığını qeyd edib. ANAMA rəsmisi bildirib ki, 2020-ci il 10 noyabr tarixindən bugünədək baş vermiş mina hadisələrindən 152-si işğaldan azad olunmuş ərazilərimizdə keçmiş təmas xəttindən kənarda qeydə alınıb.

Samir Poladov əlavə edib ki, indiyə kimi humanitar minatəmizləmə fəaliyyətinə ayrılmış vəsaitin təqribən 5 faizə qədər hissəsi beynəlxalq donorların hesabına, qalan hissəsi isə Azərbaycan hökumətinin öz resursları vasitəsilə həyata keçirilib. O, bu kimi səfərlərin beynəlxalq ictimaiyyətin Azərbaycandakı mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətə dair məlumatlılığın və beynəlxalq donorların bu məsələyə diqqətinin və dəstəyinin artırılması məqsədi daşıdığını vurğulayıb.

ANAMA rəsmiləri dəyirmi masa zamanı “Hudson” İnstitutundan olan ekspertlərin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, istifadə olunan avadanlıq və texnikalar, donorların rolu barədə çoxsaylı suallarını cavablandırıblar.

Daha sonra ölkəmizdə mövcud mina problemi və mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə dair geniş təqdimat edilib və təqdimatda 2020-ci ilin 10 noyabrından bugünədək 190 min hektardan artıq ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizləndiyi və bu müddətdə 36 mindən çox piyada əleyhinə, 21 mindən artıq tank əleyhinə mina və 133 mindən artıq partlamamış hərbi sursatın aşkar edildiyi qeyd olunub. Həmçinin ABŞ-ın Marşal İrsi İnstitutunun Azərbaycana 90-dan artıq minaaxtaran it ianə etdiyi, bununla yanaşı, ABŞ-ın müxtəlif qurum və institutlarının Azərbaycanda mina fəaliyyətləri proqramına dəstək məqsədilə həyata keçirdiyi təlimlər vurğulanıb.




Baxış sayı: 80
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Bu gün, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Bu gün, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Bu gün, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930