FACT-INFO.AZ » SİYASƏT » Lü Tzyançao: Azərbaycan strateji tərəfdaşımızdır və qarşılıqlı əməkdaşlıq edirik
2-04-2025, 19:00 | SİYASƏT
Lü Tzyançao: Azərbaycan strateji tərəfdaşımızdır və qarşılıqlı əməkdaşlıq edirik

Çin və Azərbaycan strateji tərəfdaş olaraq bir-birinə səmimi yanaşır və qarşılıqlı əməkdaşlıq edirlər. İki ölkə arasında dostluq min illik tarixi köklərə malikdir və bu münasibətlər bu gün də inkişaf edərək tarixi proseslərə təsir göstərir.

Fact-info.az xəbər verir ki, bu sözləri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao Bakıda keçirilən “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" adlı konfransda çıxışı zamanı deyib.

“Ötən il hər iki dövlətin prezidentləri birlikdə Çin və Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını elan etdilər. Bu hamımız üçün, bizim ikitərəfli münasibətlərimizin inkişafının başlanğıc nöqtəsidir və biz qarşılıqlı etimad əsasında bir-birimizi dəstəkləyirik, seçdiyimiz inkişaf yolunu dəstəkləyirik. Hazırda Çin öz dövlət quruculuğu istiqamətində fəaliyyətlərini genişləndirməkdədir. Eyni zamanda, biz bilirik ki, Azərbaycan tərəfi də sosial-iqtisadi inkişaf sahəsində 2030-cü illəri əhatə edən Milli İnkişaf Proqramını dəstəkləyir. Bu inkişaf yolu milli maraqlarımıza əsaslanır və kənar müdaxilələrə qarşı yönəlib. Biz müasirləşməyə yol açaraq, qarşılıqlı tərəqqini təmin etməyə çalışırıq. Azərbaycan və Çin arasında iqtisadi strukturlar bir-birini tamamlayır və qarşılıqlı nailiyyətlərə töhfə verir. Çinli tərəfdaşlar Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir və bu istiqamətdə bir sıra mühüm əməkdaşlıq layihələrimiz mövcuddur. Bu layihələrə Qaradağda Günəş elektrik stansiyasının inşası və “BYD” elektrik avtomobillərinin Azərbaycanda geniş tətbiqi daxildir. Bundan əlavə, Çin və Azərbaycan arasında elm sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Hər iki ölkə bir-birini daha yaxından tanıyır və əlaqələr möhkəmlənir. Hesab edirəm ki, iki ölkə arasında yaşıl enerji sahəsində yeni mərhələlərin inkişafı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq daha da genişlənəcək”, – deyə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi bildirib.

Müasir dünyanın xaosla dolu olduğunu vurğulayan Lü Tzyançao qeyd edib: “Dünyada böyük dəyişikliklər baş verir. Bu ilin əvvəlindən etibarən beynəlxalq vəziyyət ciddi sarsıntılarla üzləşib. Dövlətlər qeyri-sabit və qeyri-müəyyən amillərlə qarşılaşır. Avrasiya qitəsində yeni çağırışlar meydana çıxır. Çin və Azərbaycan bu qitədə önəmli ölkələrdir və aralarındakı qarşılıqlı əməkdaşlıq, hörmətin möhkəmlənməsi bu qeyri-sabit dövrdə inam yaradır. Xüsusilə, Asiya və Avropanı əhatə edən telekommunikasiya sahəsindəki inkişafı qeyd etmək lazımdır. Bu baxımdan Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət daşıyır. Həmçinin Abşeron yarımadasından enerjinin Çinə daşınması və Rəqəmsal İpək Yolunun inkişaf etdirilməsi əməkdaşlığımıza yeni təkan verir. Bütün bunlar ölkələrimiz üçün yeni imkanlar və perspektivlər açır. Çin və Azərbaycan birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının ruhunu gücləndirir, dövlətlər arasında qarşılıqlı hörmət və çoxşaxəli əməkdaşlıq prinsiplərini dəstəkləyir. Bu məqsədlə biz birgə sülhün və təhlükəsizliyin təşviqinə töhfə verməliyik”.




Baxış sayı: 190
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031