Avropa İttifaqı artıq Rusiyaya qarşı sayca 17-ci sanskiyalar paketi üzrə müzakirələrə başlayıb. Brüssel onu Moskvada təzyiq aləti kimi nəzərdən keçirir.
Fact-info.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzə ali nümayəndəsi Kaya Kallas Türkmənistan səfəri çərçivəsində verdiyi bəyanatda deyib.
"...Onlar həqiqətən sülh istəmirlər. Biz Rusiyanı təzyiq altında saxlamağa davam etməliyik. Rusiyanın müharibə maşınının qarşısını almaq üçün biz artıq 16 sanksiyalar paketi qəbul etmişik və hal-hazırda 17-nin üzərində iş aparırıq", - deyə Kallas vurğulayıb.
Qeyd edək ki, fevralın 19-da Avropa İttifaqına üzv olan 27 dövlətin daimi nümayəndələri Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı 16-cı sanksiyalar paketini qəbul edib. Son paketdə başlıca olaraq Rusiyadan ilkin alüminium idxalının qadağan edilməsi və "kölgə donanması"na aid 73 yeni gəminin "qara siyahıya" daxil edilməsi nəzərdə tutulur.
Baxış sayı: 120
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
