Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova ANS PRESS-ə bildirib ki, BQXK-nın nümayəndələri Şuşa həbsxanasında saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailələrinin vəziyyəti haqqında məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.
İ. Hüseynovanın sözlərinə görə, komitə girovlara ona görə baş çəkir ki, onların saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun. Ötən ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüblər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu müqavimət göstərdiyi üçün öldürüblər.Ermənilər hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər.
Baxış sayı: 2 314
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

