“Müdafiə Nazirliyində hərbi kosmik texnologiyaların (peyk və raketlərin) tərtibatçıları ilə əməkdaşlıq edəcək, müvafiq sərəncamları yerinə yetirəcək və bu sahədə dövlət siyasətini formalaşdıracaq Kosmik Siyasət İdarəsi yaradılıb”. Fact-info.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin rəqəmsallaşma üzrə müavini Yekaterina Çernoqorenko “Space For Ukraine” beynəlxalq forumunda bildirib.
“Biz hərbi kosmosa aid bütün qərarların inteqratoruna çevrilməli bir institut yaratdıq. Kosmik siyasət departamentini yaratdıq. Biz istəyirik ki, Müdafiə Nazirliyi müdafiə qüvvələri üçün kosmik həllərin inteqratoru olsun, texniki spesifikasiyalar hazırlamaq üçün təcrübəyə malik olsun”, - deyə nazir müavini bildirib.
O, həmçinin Ukrayna ordusunda yeni qoşun növünün yarana biləcəyinə işarə edib.
“Ukrayna kosmik qüvvələrin yaradılması istiqamətində irəliləyir. Bizim tərəfdaş ölkələrin mütləq əksəriyyəti bu tip qoşunları inkişaf etdirir. Biz bu bacarığı ordumuza verməliyik”, - deyə nazir müavini vurğulayıb.
Baxış sayı: 115
Azerbaijan’s mine problem raised in Prague
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan
