Məqsədimiz Kanakda olan siyasi məhbusların azadlığa çıxmasına nail olmaqdan ibarətdir. Bakı Təşəbbüs Qrupuna bu işdə bizə yardım etdiyinə görə təşəkkürümüzü bildiririk.
Fact-info.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda kanakların nümayəndəsi Adue Kristelle deyib. O bildirib ki, Fransanın kolonial siyasəti nəticəsində kanakların sayı 1980-ci ildən başlayaraq 40 faiz azalıb. Siyasi mübarizədə iştirak edən 3500 nəfər həbs edilərək türmələrdə öldürülüb. Fransa hökuməti Kanak xalqının təhsilini, dilini, dinini hər addımda məhdudlaşdırır. Xalqımız təhdid və təzyiqlərə məruz qalır. Kanak xalqını qorxudub, onu müstəqillik yolundan döndərməyə çalışırlar. Lakin kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini davam etdirəcək, müstəqillik yolundan dönməyəcək.
Adue Kristelle Bakı Təşəbbüs Qrupuna belə tədbir keçirib azsaylı xalqların hüququnun qorunmasında iştirak etdiyinə görə minnətdarlığını bildirib.
Baxış sayı: 130
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
