FACT-INFO.AZ » SİYASƏT » Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli hesabatı ilə bağlı bəyanat yayıb
28-03-2025, 10:30 | SİYASƏT
Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli hesabatı ilə bağlı bəyanat yayıb

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) 2025-ci il 25 mart tarixli hesabatında ölkəmizlə bağlı irəli sürülən qərəzli və əsassız iddialarla bağlı bəyanat yayıb.

Fact-info.az xəbər verir ki, bəyanatda hesabatın qərəzli və birtərəfli xarakter daşıdığı xüsusi vurğulanıb, Azərbaycanda dini tolerantlıq mühitinin tarixən təşəkkül tapdığı və bu gün də bütün dini icmalara bərabər şərait yaradıldığı qeyd olunub. Bildirilib ki, ölkədə 900-dən çox dini icma fəaliyyət göstərir, onların təxminən 30 faizi qeyri-müsəlman icmalardır. Bakıdakı pravoslav kilsəsi, katolik kilsəsi, sinaqoqlar və digər dini məbədlər ölkədə dini müxtəlifliyin və azadlığın göstəricisidir.

Bəyanatda bildirilib ki, hesabatda guya Azərbaycanın dini azadlıqları məhdudlaşdırdığı, qeyri-müsəlman icmalara qeydiyyat verilmədiyi və Qarabağda erməni dini irsinə təhdid olduğu barədə əsassız iddialar reallıqla üst-üstə düşmür. 2023-cü ildə BMT missiyasının Xankəndidə dini və mədəni obyektlərə heç bir zərər dəymədiyini rəsmən bəyan etdiyi xüsusilə diqqətə çatdırılıb.

Qeyd olunub ki, USCIRF 30 il ərzində Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində məscidləri dağıtmasını və dini abidələri təhqir etməsini tamamilə nəzərə almır. Azərbaycanda dini radikalizmlə mübarizə qanun çərçivəsində aparılır və dövlətin təhlükəsizliyinə yönəlmiş fəaliyyətlər hüquqi qaydada cavablandırılır.

Həmçinin vurğulanıb ki, Azərbaycan dövləti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə dinlərarası dialoqu və dini tolerantlığı təşviq edir. “Bakı Prosesi” çərçivəsində keçirilən beynəlxalq forumlar, dinlərarası zirvə toplantıları və mədəniyyətlərarası dialoqun dəstəklənməsi bu siyasətin konkret təzahürüdür.

Qərəzli və birtərəfli təqdim edilən bu cür hesabatlar regionda sülh, sabitlik və qarşılıqlı anlaşmaya deyil, gərginliyə və nifrət ritorikasına xidmət edir. Biz bu cür yanaşmanı qətiyyətlə rədd edirik və dünya ictimaiyyətini Azərbaycanın reallıqlarını obyektiv şəkildə qiymətləndirməyə çağırırıq”, - deyə Avropa Azərbaycan Mərkəzinin bəyanatında xüsusi vurğulanıb.




Baxış sayı: 75
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031