Xəzərdə Zəngəzur mərkəzli olmaqla Asiya, Orta Şərq, Avropa arasında inkişaf və ticarət dəhlizlərini strateji tərəfdaşlarımızla birlikdə inşa edəcəyik.
Fact-info.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında "2030-cu il Sənaye və Texnologiya Strategiyası"nın təqdimat mərasimində deyib.
O qeyd edib ki, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ölkənin sənayeləşmə təcrübəsini Türk dövlətləri, Orta Şərq və Afrika ölkələri ilə paylaşaraq, onların istehsal və tədqiqat ekosistemlerini gücləndirməyə və inkişaf etdirməyə bələdçilik edəcək.
"Strategiyamızın məqsədlərindən birini də istehsal sənayesinin məhsuldarlıq, tutum və miqyas problemlərini həll etmək, böhran və şoklara qarşı dayanıqlılığını artırmaq olaraq müəyyən etdik və bu başlıqda 22 strategiyaya yer verdik. Mövcud strategiya sahələrini genişləndirərək yeni planlı sənaye sahələri yaradacağıq. Riskli bölgələrdə yerləşən müəssisələrin təhlükəsiz bölgələrə köçürülməsinin önünü açacağıq", - Prezident vurğulayıb.
Baxış sayı: 135
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
