Azərbaycandan olan məktəbli şəhid övladları üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən texno-düşərgə davam edir. AZƏRTAC xəbər verir ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi, Türkiyə Müdafiə Sənayesi Komitəsi və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə təşkil olunan düşərgəyə 25 məktəbli şəhid övladının qatılıb.
İştirakçılar əvvəlcə Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət ediblər.
Daha sonra Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qonaq olan düşərgə iştirakçıları üçün liseyin şagirdləri tərəfindən Türk dünyasının tarixinə dair ədəbi-bədii kompozisiya təqdim edilib. Ankara Təhsil müdiri Yaşar Koçakın da iştirak etdiyi bu tədbir düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Şəhid övladları həmçinin Anıtkabiri və Mexanika-Kimya İnstitutunun Sənaye və Texnologiya Muzeyini ziyarət ediblər.
Martın 27-dək davam edəcək bu düşərgə ərzində iştirakçılar Türk Aerokosmik Sənayesi (“TUSAŞ”) və “ASELSAN” şirkəti kampuslarını ziyarət edərək aerokosmik mühəndislik və peyk texnologiyaları barədə nəzəri və praktiki biliklər əldə edəcəklər.
Baxış sayı: 155
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
