Bern şəhərinin Yehudi Menuhin Forum adlı məhşur konsert zalında Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə “Azərbaycanın dostları” diaspor birliyi tərəfindən Novruz bayramına həsr olunmuş geniş proqram təşkil edilib.
Proqramın bədii hissəsində muğam ifaçıları Mirələm Mirələmov, Rəvanə Qurbanova, tar ifaçısı Rövşən Qurbanov və kamança ifaçısı Toğrul Əsədullayevin ifasında milli musiqimizin inciləri səsləndirilib, "Ritm" rəqs qrupunun təqdimatında xalq rəqsləri nümayiş etdirilib. Konsertlə yanaşı, fotoqraf Andre Jabalinin təbiətin gözəlliyini tərənnüm edən sərginin açılışı baş tutub.
Proqram Bernin tarixi meydanların birində Novruz tonqalının ətrafında həmvətənlərimizin və yerli sakinlərin birgə rəqsləri ilə yekunlaşıb.
Konsert, sərgi və tonqal ətrafında rəqslər İsveçrə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
Baxış sayı: 95
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
