FACT-INFO.AZ » XƏBƏR » Bu gün Şəhid Elmar Nəbiyevin doğum günüdür
22-03-2025, 10:00 | XƏBƏR
Bu gün Şəhid Elmar Nəbiyevin doğum günüdür

Vətən müharibəsi bir çox həqiqətləri bir daha təsdiqlədi. Tarixi qələbəmiz 44 günlük  müharibənin həqiqət anıdır. Bu  həqiqət anında biz nə qədər qəhrəmanlarımızı tanıdıq. Şəhid qardaşlıarımız ən ali məqama yüksələn şəxslərdir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən minlərlə igidimizdən biri də şəhid Nəbiyev Elmar Elman oğludur.

Nəbiyev Elmar 22 mart 2001-ci ildə Bakı şəhəri, Pirallahı rayonunda anadan olub. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Elmar Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş meydanında böyük fədakarlıq göstərən hər bir Azərbaycan əsgəri kimi, Elmarın əsas məqsədi tarixi torpaqlarımızı düşməndən azad etmək idi. O, müqəddəs amallar uğrunda son ana qədər vuruşur. Elmar Nəbiyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı Şəhid olub. Bakı şəhərinin Pirallahı rayonunda dəfn olunub.
Elmar Nəbiyevin bu gün ruhu şaddır. Onun böyük amallar uğrunda döyüşdüyü Azərbaycan torpaqları azad olundu. Elmar kimi qəhrəmanlarımızın döyüşkən ruhu, qorxmazlığı nəticəsində Azərbaycanın qüruru, ərazi bütövlüyü özünə qayıtdı.
Bu qayıdış tariximizin ən möhtəşəm səhifəsinə çevrildi. Tarixşünaslıqda bu qəhrəmanlıq səhifəsi hər zaman qeyd olunacaq. Gələcək nəsillər üçün qürur mənbəyinə çevriləcək. Şəhid valideynlərinin, ailələrinin nisgilini anlayırıq. Lakin Şəhidlərimiz elə bir şücaət göstəriblər ki, onlar böyük bir nəslin fədakar, milli ruhda yetişməsində örnək oldular.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Nəbiyev Elmar  "Vətən uğrunda" medalı,  "Cəsur Döyüşçü  medalı" və  3-cü dərəcəli "Vətənə Xidmət Ordeni" ilə təltif olunub.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin digər 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Nəbiyev Elmar Elman oğlu "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Məkanı cənnət olsun.

Fact-info.az




Baxış sayı: 455
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031