FACT-INFO.AZ » XƏBƏR » Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü qeyd edilir
18-03-2025, 16:00 | XƏBƏR
Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü qeyd edilir

Bu gün Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü qeyd edilir. Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından olan Çanaqqala müharibəsi zamanı şəhid olanlardan üç mindən çoxu azərbaycanlıdır.

Fact-info.az xəbər verir ki, mötəbər gün münasibətilə Çanaqqalada bir sıra rəsmi mərasimlər keçirilir, şəhidlərin xatirəsinə yürüşlər edilir.

Türkiyənin dövlət rəsmilərinin iştirakı ilə keçirilən ilk mərasim Çanaqqalanın Cümhuriyyət Meydanında baş tutub. Tədbir ölkənin milli müdafiə naziri Yaşar Gülerin “Çanaqqala keçilməz” sözlərinin əks olunduğu xüsusi xatirə nişanını sancdığı Türkiyə bayrağının qaldırılması ilə başlayıb. Bu nişan 1994-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Çanaqqala döyüşlərində şəhid olan 253 min qəhrəmanın xatirəsinə təsis edilib.

Sonra Türkiyənin İstiqlal Marşı səsləndirilib, şəhidlərin xatirəsinə milli istehsal gəmilərdən 21 top atışı edilib. Türkiyənin dövlət rəsmiləri Çanaqqala Şəhidliyini ziyarət ediblər.

Anım tədbirləri çərçivəsində Türkiyənin Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” akrobatik komandası Çanaqqala səmalarında nümayiş uçuşu yerinə yetirib və gəmilərin keçidi olub.

Xatırladaq ki, 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşləridir. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini qəti şəkildə həll etməyi planlaşdırırdılar. Lakin türk ordusunun qəhrəmanlığı düşmənin bu planını puça çıxardı. Bu qanlı döyüşlərdə hər iki tərəf ağır itkilər verib. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də tam məğlubiyyətə uğradı. Bu döyüşlər türk xalqının hərb tarixinə qızıl hərflərlə yazılıb.

Bu döyüşlərdə Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə göstərdi.

Tarixi gün münasibətilə fikirlərini ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Millət olaraq böyük bir qürur və həyəcanla Çanaqqala Zəfərinin 110-cu ildönümünü anır, Çanaqqalanı keçilməz edən qəhrəmanlarımızı rəhmət və minnətlə yad edirəm”, - deyə bildirib.

Türkiyə Prezidenti paylaşımında “Çanaqqala, millət olaraq bizim əbədi və əzəli qardaşlığımızı ifadə etdiyi qədər, yerləşdiyimiz bölgənin də taleyinin ortaq olduğunu əks etdirir, rəmzləşdirir”, - ifadələrini işlədib.




Baxış sayı: 135
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30