Martın 17-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, 2015-ci ilin iyun ayında onu qondarma rejimin “müdafiə naziri” - “ordu”nun “komandanı” vəzifəsinə Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan təyin edib.
Fact-info.az-ın xəbərinə görə, təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədə təqdimat verib, S.Sarkisyan isə onu təsdiqləyib.
Mnatsakanyanın sözlərinə görə, S.Sarkisyan təyinatla bağlı onu qəbul edib. “Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir”, - təqsirləndirilən şəxs əlavə edib.
Xatırladaq ki, 2015-ci ildə qondarma rejimin yaydığı “rəsmi məlumat”a görə, Lyova Mnatsakanyanı “müdafiə naziri” “vəzifə”sinə guya ovaxtkı “prezident” Bako Sahakyan təyin edib.
Baxış sayı: 160
Azerbaijan’s mine problem raised in Prague
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan
