Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu uğurla başa çatıb. Qlobal Bakı Forumu özünü əsas qlobal problemlərin müzakirəsi üçün əhəmiyyətli beynəlxalq platforma kimi təsdiq edib.
Fact-info.az xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb.
“Bu münasibətlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradova, o cümlədən bütün komandanı və könüllüləri ürəkdən təbrik edirəm. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəz onun humanizm fəlsəfəsini təcəssüm etdirir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, - H.Hacıyev qeyd edib.
Baxış sayı: 100
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
