BMT-nin Baş katibi Antonio Quterriş islamofobiyanın artması ilə bağlı narahatlığını ifadə edib və dünya birliyini dini azadlıqları qorumaq və düşmənçiliyə qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.
Fact-info.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə martın 15-də qeyd olunan İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə videomüraciətində bildirib.
"Biz müsəlmanlara qarşı nifrətin narahatedici artımını müşahidə edirik", - A.Quterriş vurğulayıb.
O, hökumətləri sosial birliyi təşviq etməyə və dini azadlığın qorunmasını təmin etməyə, onlayn platformaları isə nifrətin yayılması və təqiblə mübarizə aparmağa çağırıb.
Hüquq müdafiə təşkilatlarının məlumatına görə, müsəlmanlara qarşı törədilmiş hadisələrin sayı son bir il ərzində xüsusilə Böyük Britaniya, ABŞ və Hindistan kimi Qərb ölkələrində əhəmiyyətli dərəcədə artıb. Amerika-İslam Münasibətləri Şurasının (CAIR) hesabatına əsasən, 2024-cü ildə müsəlmanlara və ərəblərə qarşı insidentlərlə bağlı 8 658 şikayət qeydə alınıb ki, bu da 1996-cı ildən bəri ən yüksək rəqəmdir.
Baxış sayı: 115
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan
Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media
Azerbaijan’s Defense Minister meets with military attachés
15th International Music Festival kicks off in Gabala
