Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın regionda sülhün yaxınlaşdırılmasına töhfə verəcək addımlar atmaq niyyətində olduğunu bəyan edib. Fact-info.az xəbər verir ki, Ankarada "Beştepe" Konqres Mərkəzində çıxış edən Türkiyə dövlət başçısı vurğulayıb ki, Ankara "regionda və onun hüdudlarından kənarda sülhün, ədalətin və sabitliyin təmin edilməsi" məsələsində qətiyyətlidir.
Ərdoğanın sözlərinə görə, Türkiyə ədalətsizliyi aradan qaldırmağa və dost ölkələrə təzyiqlərin qarşısını almağa çalışır. "Bizə harada ehtiyac varsa, oradayıq. Türkiyəni ziddiyyətlərin həlli mərkəzinə çevirmək yolunda qətiyyətlə irəliləyirik", - deyə Prezident bildirib.
Dövlət başçısı, həmçinin, Türkiyədə xeyriyyə həftəsinin təsis edildiyini elan edib. Bu çərçivədə hər il 13-20 mart tarixlərində çoxsaylı humanitar aksilara təşkil olunacaq.
Baxış sayı: 170
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
