ABŞ, yeni Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunan razılaşmanı müsbət qarşılayıb.
Fact-info.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Dövlət Departamentinin rəsmi saytında yayımlanan açıqlamasında bildirib.
"ABŞ, Suriyanın müvəqqəti hakimiyyəti ilə Suriya Demokratik Qüvvələri arasında ölkənin şimal-şərq bölgəsinin vahid Suriya tərkibinə inteqrasiyasına dair imzalanmış razılaşmanı alqışlayır," - deyə Rubio vurğulayıb.
O, həmçinin ABŞ-nin siyasi keçid prosesini dəstəklədiyini və bu prosesin "etibarlı, qeyri-dini idarəetmə yolu ilə yeni münaqişələrin qarşısını ala biləcəyini" bildirib.
"Biz müvəqqəti hakimiyyətin qəbul etdiyi qərarları yaxından izləyəcəyik və azlıqlara qarşı son dövrlərdə baş verən ölümcül zorakılıq hallarından narahatlığımızı ifadə edirik," - deyə dövlət katibi əlavə edib.
Baxış sayı: 165
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
