ABŞ-nin Rusiya ilə müharibə aparmaq istəyi Ukraynanın məhvinə səbəb olub. Bu fikri amerikalı jurnalist Taker Karlson televiziya aparıcısı Kris Kuomoya müsahibəsində bildirib.
O, ABŞ xarici siyasətinin münaqişəyə yönəlməsini tənqid edərək, bunun ölkənin maraqlarına uyğun olmadığını vurğulayıb. Karlson Ukraynanın məhv edilməsini faciə adlandırıb və bu ölkənin suveren olmadığını qeyd edib.
Jurnalist iddia edib ki, 2014-cü il hadisələri nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kiyevdə Vaşinqtona tabe olan hökumət formalaşdırıb. O, həmçinin keçmiş Britaniya baş naziri Boris Consonun Ukraynaya gedərək ABŞ administrasiyasının sülh danışıqlarına icazə vermədiyini bəyan etdiyini bildirib.
Bundan əvvəl Donald Tramp da Ukraynanın məhv ola biləcəyini söyləmişdi. Helsinki Universitetinin professoru Tuomas Malinen isə ehtimal edir ki, ABŞ rəhbərliyi Zelenskini sülh üçün uyğun lider hesab etmədiyindən Ukraynada müvəqqəti hökumət qurula bilər.
Baxış sayı: 150
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
