FACT-INFO.AZ » SİYASƏT » Əsəd rejimi dövründə Suriyada baş verənləri əks etdirən sənədli film çəkilib
9-03-2025, 21:00 | SİYASƏT
Əsəd rejimi dövründə Suriyada baş verənləri əks etdirən sənədli film çəkilib

Türkiyədə Bəşər Əsəd rejimi dövründə 13 il ərzində Suriyada baş verən hadisələri əks etdirən altı seriyalı “Surviving Assad” (Əsədə qarşı sağ qalmaq) adlı sənədli film çəkilib. Suriyada insanlığa qarşı 13 il davam edən müharibəni ətraflı nümayiş etdirəcək ekran əsəri bu gündən etibarən “TRT World” kanalında yayımlanıb.

Fact-info.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun sosial media hesabında açıqlama verib.

İşgəncələr, edamlar, yoxaçıxmalar, məhkəmə salonlarında verilən ölüm hökmləri ilə bu müharibənin milyonlarla insanın həyatını alt-üst etdiyini vurğulayan Fahrettin Altun Əsəd rejiminin təkcə öz xalqını deyil, insanlıq ləyaqətini də məhv etdiyini bildirib. “Dəraa şəhərində bir uşağın – Həmzə Əl Hatibin məktəb divarına yazdığı sözlə başlayan üsyanın rejim tərəfindən qan içində boğulması, cümə axşamı məhkəmələrində ədalətin edama çevrilməsi, meyitxanalarda “№23”ü axtaran bir atanın ümidsizliyi, işgəncənin bədənləri və ruhları məhv edən silaha çevrilməsi, Tadamon və Şərqi Quta qətliamlarında şahidlərin boğulmuş səsləri və nəhayət sağ qalanların heç vaxt danışılmamış hekayələrini əks etdirən bu sənədli film, sadəcə, bir ekran əsəri deyil, həm də insanlığın vicdanına çağırışdır, həqiqətin qaranlıqda itməsinə qarşı bir mövqedir. Suriyada uşaqlar öldürüldü, ailələr parçalandı, bir xalq məhv edilmək istənildi. Amma tarix susqun qalanları da yazacaq. Türkiyə olaraq biz zülmə məruz qalanların səsi olmağa və jurnalistika vasitəsilə həqiqətləri aşkara çıxarmağa davam edəcəyik. “Surviving Assad” bu hadisələrin unudulmaması üçün var. Çünki unutmaq insan olmaqdan imtina etmək deməkdir”, - deyə Fahrettin Altun bildirib.




Baxış sayı: 175
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir 5-09-2026, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək 5-09-2026, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib 5-09-2026, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir 4-09-2026, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 4-09-2026, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib 4-09-2026, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək 4-09-2026, 18:00 Azerbaijan’s mine problem raised in Prague 4-09-2026, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı 4-09-2026, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb 4-09-2026, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova 4-09-2026, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib 4-09-2026, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930