FACT-INFO.AZ » SİYASƏT » “Jewish Press”: Fransanın anti-Azərbaycan ritorikası bu ölkənin xarici və daxili siyasətinin mərkəzi komponentinə çevrilib
8-03-2025, 15:00 | SİYASƏT
“Jewish Press”: Fransanın anti-Azərbaycan ritorikası bu ölkənin xarici və daxili siyasətinin mərkəzi komponentinə çevrilib

Fransa Milli Assambleyasının üzvü Azərbaycanın Fransada sabitliyi pozmağa çalışdığını, ölkəsinin xarici və daxili siyasətindəki qeyri-sabitliyə görə Azərbaycan diplomatlarının məsuliyyət daşıdığını iddia edib. Görünür, Makron hökuməti diplomatik uğursuzluqlarına günahkar axtarır. Şübhə doğurmayan məqam isə odur ki, anti-Azərbaycan ritorikası Fransanın xarici və hətta paradoksal olsa da, daxili siyasətinin mərkəzi komponentinə çevrilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham qlobal yəhudi mediasının nəhəngi, ABŞ-da yayımlanan “Jewish Press”dəki “Fransa Azərbaycan və Ermənistan arasında” sərlövhəli məqaləsində yazıb.

Fransanın Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə sabitliyi pozmağa yönələn siyasətinin təhlili aparılan yazıda qeyd olunub ki, Azərbaycan və Gürcüstan gündəlik məsələləri özləri həll etməkdən ötrü regional əməkdaşlıq üçün yeni platforma yaratmağa çalışırlar. Çünki kənar müdaxilə bölgədə sabitliyi pozan əsas amil kimi görünür. Buna baxmayaraq Qərb dövlətlərinin, xüsusən də Fransanın siyasəti regionun inkişafına mane olur.

Bildirilib ki, Cənubi Qafqaz hər bir siyasi addımı və manevri izləyən xarici oyunçuların daimi nəzarətindədir. Bu ölkələr öz geostrateji məqsədlərinə çatmaq üçün diplomatiyadan istifadə edirlər. Tarix göstərir ki, ardıcıl olaraq bu və ya digər tərəfi dəstəkləyən xarici oyunçuların müdaxiləsi parçalanmaları daha da gücləndirməklə həddindən artıq qütbləşməyə, düşmənçiliyə gətirib çıxarır. Bu baxımdan müəllif Azərbaycanı xarici təsirlərə boyun əyməyi qəbul etməyən və Ermənistanla sülh danışıqlarında üçüncü tərəfin iştirakına razı olmayan ölkə kimi səciyyələndirib.

Diqqətə çatdırılıb ki, Azərbaycanla Ermənistan arasında mübahisədə mərkəzi oyunçuya çevrilən Paris İkinci Qarabağ müharibəsindən sonra İrəvanın himayədarı rolunu öz üzərinə götürüb. Fransa uzun müddətdir ki, ardıcıl olaraq Ermənistanı dəstəkləyir və bu, mediada işıqlandırılan iddia deyil, artıq təsdiqlənmiş faktdır. Belə ki, Fransa həddindən artıq və yanlış tənqidlərə görə Azərbaycanla münasibətlərini itirmək riski ilə üz-üzədir.

Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan münaqişəsinə qarışması məsələsinə toxunan müəllif əmindir ki, Aİ Azərbaycanla əlverişli iqtisadi münasibətlərə baxmayaraq, demək olar ki, açıq şəkildə Ermənistanın tərəfini tutub. Bakı ehtiyat edir ki, Avropanın, xüsusən də Aİ-nin Ermənistandakı missiyasının (EUMA) iştirakı sülh prosesinə xələl gətirər və Ermənistanda sülhə qarşı çıxan revanşist qrupları dəstəkləyər. Bundan əlavə, Azərbaycan EUMA-nın güclü üzv dövlətlərin təsiri altına düşmədən Aİ-nin bir bölməsi kimi muxtar fəaliyyət göstərə bilməsindən narahatdır və bu da Fransa hərbçilərinin missiyada birbaşa iştirakı ilə bağlıdır.

Ermənistanla Azərbaycan arasında hərbi kampaniyanın başa çatdığına və iki ölkənin bir neçə məsələ istisna olmaqla, münaqişə ilə bağlı əksər məsələləri danışıqlar yolu ilə nizamladığına diqqət çəkən müəllif Parisin İrəvana verdiyi dəstəyi gərginliyi artırmaq, münaqişəni qızışdırmaq cəhdi kimi xarakterizə edib. “Aydındır ki, fransızlar öz siyasi və diplomatik məqsədləri üçün Cənubi Qafqazda münaqişənin saxlanmasında maraqlıdırlar”, - tanınmış jurnalist sonda vurğulayıb.

Məqaləni ətraflı şəkildə “Jewish Press”də oxumaq mümkündür.




Baxış sayı: 120
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031