Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumunun rəhbəri, Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə görüşüb.
Fact-info.az xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycandakı tolerantlıq mühitinin, birgəyaşayış mədəniyyətinin dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndirildiyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq ölkəmizdə dini konfessiyalara göstərilən yüksək diqqət və qayğıdan, onların mənəvi irslərinin qorunması sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edilib. Mütəmadi olaraq ölkəmizdəki dini konfessiyaların dəstəklənməsi məqsədilə maddi yardım ayrıldığını diqqətə çatdıran Komitə sədri qeyd edib ki, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlətin xüsusi diqqət göstərdiyi mühüm sahələrdən biridir.
Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycanın dinlərarası dialoqun təşviqi, tolerantlığın, multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu vurğulayıb. Eyni zamanda, dövlətin dini icmalara göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini bildirib.
Baxış sayı: 140
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
