Qafqaz Universitetində “Türkiyə və Azərbaycan münasibətlərində təhlükəsizlik aspektləri” mövzusunda panel müzakirələr keçirilib.
Fact-info.az xəbər verir ki, tədbirdə alim və ekspertlərlə yanaşı, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və Qars şəhər bələdiyyəsinin rəhbərliyi də iştirak edib.
Tədbiri açıq elan edən Selcuk Ural Ankara və Bakının qarşısında dayanan çağırış və təhdidlərin müzakirəsinin əhəmiyyətini qeyd edərək, qardaş ölkələrin yolundakı maneələri dəf etmək üçün birgə səy göstərməyə çağırış edib.
Panel müzakirələrin iştirakçıları iki ölkənin iqtisadi və ticarət əlaqələrinin perspektivlərini və vəziyyətini nəzərdən keçirib, Türkiyə və Azərbaycan Silahlı qüvvələrinin birgə təlimlərinin əhəmiyyətini vurğulayıb.
Əsas diqqət iki qardaş ölkənin regionda həyata keçirdiyi layihələrə, həmçinin Bakı və Ankaranın beynəlxalq arenadakı birliyinə ayrılıb.
Baxış sayı: 140
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
