Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Novruz bayramı münasibətilə təbrik edən müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
Ön xətt mövqelərində vəziyyətlə bağlı məruzələri dinləyən Zakir Həsənov müdafiənin dayanıqlığını, texnika və silahların, bölmələrin döyüş hazırlığı səviyyəsini, maddi-texniki bazanın vəziyyətini, eləcə də döyüş növbəsinin təşkilini yoxlayıb və qarşıda duran vəzifələri dəqiqləşdirib.
Sonra hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və nahar süfrəsi arxasında söhbət aparılıb. Nazir şəxsi heyətin sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb, düşmənin istənilən fəaliyyətinin qarşısının dərhal və qətiyyətlə alınması ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.
Baxış sayı: 1 893
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

