FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: “Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir”
13-03-2017, 21:45 | SİYASƏT
Prezident İlham Əliyev: “Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir”

APA-nın məlumatına görə, Fransa Şirkətlər Hərəkatının vitse-prezidenti xanım Mari Anje Debon belə tədbirlərin Azərbaycan ilə Fransa şirkətləri arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. O, bu görüşdə onlarla şirkətin nümayəndələrinin təmsil olunduğunu vurğulayıb, tədbirin səmərəli olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev yenidən MEDEF-də olmaqdan məmnunluğunu ifadə edib, bunun iqtisadi əlaqələrimizə töhfə verdiyini bildirib. İndiyədək bir çox layihələrin uğurla həyata keçirildiyini deyən dövlət başçısı bu əməkdaşlıq çərçivəsində Azərbaycan iqtisadiyyatına xeyli investisiyaların yatırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev vurğulayıb ki, fransız şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Bu, ondan irəli gəlir ki, Azərbaycanda sərmayə yatırmaq üçün əlverişli biznes mühiti var. Fransız şirkətlərinin Azərbaycan ilə əlaqələrinin coğrafiyasının geniş olduğunu deyən dövləti başçısı bir neçə il əvvəl kosmik ailənin üzvü olan Azərbaycanın bu nailiyyətinin Fransa şirkətləri ilə əməkdaşlıq sayəsində baş tutduğunu bildirib. Kənd təsərrüfatı sahəsində də fransız şirkətləri ilə yaxşı əməkdaşlığın olduğunu deyən prezident İlham Əliyev Bakıda Fransız Liseyinin və universitetinin fəaliyyət göstərdiyini, ölkələrimiz arasında təhsil sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Son illərdə ölkəmizdə dərin uğurlu iqtisadi islahatların aparıldığını bildirən dövlət başçısı neftdən asılılığın azaldılması, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı tədbirlərin görüldüyünü qeyd edib. Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etdiyini, iqtisadiyyatın bütün sahələrində bu strategiyanın tətbiq olunduğunu deyən prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini deyən dövlət başçısı münaqişə nəticəsində Dağlıq Qarabağdan başqa ətraf 7 rayonun da işğal olunduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bütün bunlara baxmayaraq, ölkəmizin inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirib. Hazırda iqtisadiyyatımıza investisiya axınının davam etdiyini deyən prezident İlham Əliyev fransız şirkətlərini ölkəmizlə əməkdaşlığa dəvət edib və bunun üçün bir çox sahələrin olduğunu diqqətə çatdırıb.
“Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən də danışan dövlət başçısı Avropada həyata keçirilən bu ən böyük investisiya layihəsinin reallaşmasında Azərbaycanın lider rola malik olduğunu bildirib. Azərbaycan prezidenti bu layihənin istehlakçılar üçün yeni qaz mənbəyi olduğunu vurğuladı. Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın yüklərin daşınmasında da mühüm mövqelərə malik olduğunu deyib, bu məsələdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının əhəmiyyətindən danışıb, Bakıda dəniz limanının tikildiyini bildirib. “Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir”, - deyən prezident İlham Əliyev Fransa prezidentləri Nikolya Sarkozinin və Fransua Ollandın Bakıda səfərdə olduqlarını, biznes əlaqələrinin ikitərəfli münasibətlərimizdə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə Azərbaycanda dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər infrastrukturu layihələri, kənd təsərrüfatı, irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpaolunan enerji və digər sahələrdə Azərbaycan ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahədə əlaqələrin inkişafına dair interaktiv fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı suallara ətraflı cavab verdi.
Sonda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales Air Systems SA” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

 

 

 

 




Baxış sayı: 1 701
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Bu gün, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Bu gün, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir Dünən, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Dünən, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Dünən, 18:00 Azerbaijan’s mine problem raised in Prague Dünən, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Dünən, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Dünən, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Dünən, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Dünən, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930