FACT-INFO.AZ » QHT » Sağlamlıq üçün altı sadə hərəkət
10-01-2025, 09:30 | QHT
Sağlamlıq üçün altı sadə hərəkət

Elmi tədqiqatlar göstərir ki, 30 yaşdan sonra insan sağlamlığında müəyyən geriləmələr başlasa da, kiçik dəyişikliklərlə bu prosesin təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Əzələ və sümük itkisi, güc azalması və çəki artımı kimi halların tamamilə qarşısını almaq çətin olsa da, bununla bağlı 6 sadə tədbir sağlam bir həyat tərzini təmin edə bilər. Fact-info.az “The Independent” nəşrinə istinadla xəbər verir ki, birincisi liflə zəngin qidalar istehlak etmək əhəmiyyətlidir. Lifli qidalar ürək-damar xəstəlikləri, diabet və bağırsaq sağlamlığın qorunmasında mühüm rol oynayır. 2015-ci ildə aparılan bir araşdırmaya görə, gündə cəmi 10 qram əlavə lif qəbul etmək ölüm riskini 10 faiz azalda bilər. Gündəlik 30 qram lif istehlakı tövsiyə olunur və bu miqdar qoz-fındıq, meyvə və tərəvəzlərdən təmin edilə bilər.

İkincisi gücləndirici və dartıcı hərəkətlərə üstünlük vermək lazımdır. Fiziki hərəkət ürək-damar sağlamlığı üçün əvəzolunmazdır. Gəzinti, qaçış və ya velosiped sürmək kimi fəaliyyətlərə əlavə olaraq, həftədə ən azı iki dəfə əzələ gücləndirici məşqlər etmək tövsiyə olunur. Əzələ itkisi və sümük sıxlığı azalmasının qarşısını almaq üçün çəki məşqləri xüsusilə vacibdir. Çömbəlmə kimi hərəkətlər bədənin müxtəlif əzələ qruplarını işlədərək elastikliyi artırır.

Üçüncüsü keyfiyyətli yuxu alışqanlığı olmalıdır. Yuxunun sağlamlıq üçün əhəmiyyəti çox böyükdür. Keyfiyyətsiz yuxu yüksək qan təzyiqi, diabet, piylənmə və hətta infarkt riskini artırır. Kofein qəbulunu məhdudlaşdırmaq, elektronik cihazlardan uzaq durmaq və nəfəs məşqləri ilə rahatlamaq yuxunun keyfiyyətini artırmağa kömək edə bilər. Bununla yanaşı, spirtli içki istifadəsindən çəkinmək REM fazasına təsir etməmək baxımından vacibdir.

Dördüncüsü hərəkətsiz vaxtı azaltmaq daha yaxşı olar. Araşdırmalara görə, oturaq həyat tərzi erkən ölüm riskini artırır. Hər saat oturaq vəziyyətdə qalmaq ölüm riskini 5 faiz yüksəldə bilər. Mütəxəssislər hər 20 dəqiqədə bir qısamüddətli hərəkət etməyi tövsiyə edirlər. Bu sadə addım ofisdə və evdə sağlamlığınızı qorumağa kömək edə bilər.

Beşincisi təbiətlə əlaqəni gücləndirmək tövsiyə olunur. Təbiətdə vaxt keçirmək həm fiziki, həm də psixoloji sağlamlıq üçün faydalıdır. Təmiz hava, yaşıl mühit və təbii mənzərələr stresi azaltmaqla yanaşı, maddələr mübadiləsini sürətləndirir və immuniteti gücləndirir. Hətta təbiət mənzərəsinə baxmaq belə insanın daxili rahatlıq hissini artırır.

Altıncısı sosial əlaqələrə diqqət yetirmək mühüm amildir. Sosial əlaqələr insan sağlamlığı üçün siqaret çəkməmək və ya artıq çəki ilə mübarizə qədər vacibdir. Araşdırmalar göstərir ki, sosial dəstək sağ qalma şansını 50 faizə qədər artırır. Tənhalıq depressiya, Alzheimer və digər xəstəliklərlə əlaqələndirilir. Ailə və dostlarla əlaqəni saxlamaq, hətta qrup fəaliyyətlərində iştirak etmək bu riski azalda bilər.

Həyat tərzində sadə dəyişikliklər edərək sağlamlığı qorumaq mümkündür. Elmi araşdırmalar göstərir ki, kiçik addımlar, məsələn, daha çox lifli qida qəbul etmək, fiziki aktiv olmaq, yuxu rejimini yaxşılaşdırmaq və sosial əlaqələri gücləndirmək uzun və sağlam həyat üçün əsas şərtlərdir.




Baxış sayı: 135
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30