FACT-INFO.AZ » SİYASƏT » "Dağlıq Qarabağın işğalına son qoyulmalıdır"
25-08-2015, 09:45 | SİYASƏT
"Dağlıq Qarabağın işğalına son qoyulmalıdır"

Dövlət komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Ə.Həsənov Böyük Britaniya Krallığından Azərbaycana mütəmadi olaraq nümayəndə heyətlərinin səfər etdiklərini bildirib:
 “Biz bunu yüksək qiymətləndiririk. Bu görüşlərin hamısında Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparırıq. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Ancaq Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla üzləşir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə qətnamə və qərarlarını Ermənistan hələ də yerinə yetirmir. Problemin həlli ilə ATƏT-in Minsk Qrupu məşğuldur. Lakin indiyədək bu qurum da səmərəli iş görməyib”.

Ə.Həsənov bildirib ki, Azərbaycan ədalətin bərpa olunmasını istəyir: 
“Biz regionda sülhün bərqərar olmasını, təcavüzkarın öz adı ilə çağırılmasını istəyirik. Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək”.

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət yürüdür: 
“Azərbaycan öz müstəqil siyasətindən əl çəkməyəcək. Biz bu müstəqilliyi tökülən qanlar bahasına əldə etmişik”.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən narkotiklərin becərilməsi və daşınması üçün istifadə etdiyini deyən Ə.Həsənov ölkəmizin bununla bağlı müvafiq beynəlxalq qurumlara, xüsusən BMT-nin Vyana ofisinə müraciət etdiyini bildirib:
“Lakin Ermənistan digər beynəlxalq qurumlar kimi, BMT-nin Vyana ofisinin bununla bağlı qərarına da məhəl qoymayaraq, bu çirkin əməllərini davam etdirir”.

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti bir neçə mühüm strateji vəzifə müəyyənləşdirib: 
"Yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Nəhayət, insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir”.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham görüşdə deyib ki, bu, Azərbaycana ilk səfəridir və Bakıda gedən inkişaf prosesi onda xoş təəssüratlar yaradıb:
 “Azərbaycanın son illərdə artan beynəlxalq nüfuzu da diqqətimdədir. Son illər ərzində Azərbaycan nümayəndə heyəti ilə sıx təmasda olmuşam. Böyük Britaniya Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir. 
Azərbaycan ilə mövcud olan əlaqələrin daha da dərinləşdirilməsində maraqlıyıq. Xüsusilə ticarət, iqtisadi, enerji sektorunda bizim çox yaxşı münasibətlərimiz var. Tərəflər bu münasibətlərdən ötən illər ərzində faydalanıblar”.
M.Tatham bildirib ki, Azərbaycan həssas regionda yerləşir:  “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə qədər önəmli olduğunu dərk edirik. Bu məsələ bizi də narahat edir. Bizim mövqeyimiz aydındır: işğala son qoyulmalıdır, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətinə çox böyük dəstək veririk. Bununla belə, bizi də məyus edən odur ki, qrupun fəaliyyətində hələ də ciddi irəliləyiş yoxdur”.

 

 

 



Baxış sayı: 2 252
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30