Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik bu ölkədən Kiyevə hər il ən azı 20 milyard avro yardım ödənilməsini tələb edib.
Fact-info.az 525.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın n-tv kanalı məlumat yayıb.
“Gələcək koalisiya (Almaniya hökumətində) növbəti dörd il üçün ən azı 80 milyard avro, yəni ildə 20 milyard avro büdcə ayırmalıdır”, - deyə A.Melnik bildirib.
Bundan əlavə, Melnik Berlini Ukraynaya silah tədarükünü əhəmiyyətli dərəcədə artırmağa çağırıb.
Daha əvvəl Niderlandın Ukraynaya yardım üçün daha 6 milyard avro ayırmağı planlaşdırdığı bildirilib. Bu ölkənin Kiyevdəki səfiri Alle Dorhaut qeyd edib ki, krallıq son üç ildə Ukraynaya 3,8 milyard avro dəyərində hərbi və humanitar yardım göstərib.
Qeyd edək ki, dekabrın 22-də “RİA Novosti” Ukrayna Maliyyə Nazirliyi və Kil Universitetinin məlumatlarına istinadən yazıb ki, müharibənin başlamasından keçən üç il ərzində Kiyev Qərb ölkələrindən 238,5 milyard dollar məbləğində yardım alıb.
Baxış sayı: 80
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
